İmişli rayonunda müharibə veteranları I Qarabağ müharibəsinin şəhidi Qamət Əliyevin xatirəsinə həsr olunmuş Xatirə bulağı kompleksinin açılışında iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İmişli rayon şöbəsindən Elçin Zeynalov məlumat verib.
Mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İmişli rayon şöbəsinin sədri Taleh Tapdıqov, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlərimizin ruhuna dualar oxunub.
Allah rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, İmişli
