TƏBRİK: MİRZƏLİYEV XaQANİ MİRZƏLİ OĞLU — 59

     İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Bu bahar təravətli yaz günündə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin  Hərbi Hospitalında  səmərəli fəaliyyəti ilə  həmişə lazımınca  qiymətləndirlən, daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan tibb  xidməti  polkovnik — leytenantı Mirzəliyev Xaqani  Mirzəli oğlunun aprel ayının1 -də onun 59 yaşı tamam olur.

      Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai  Birliyi sədrinin müavini polkovnik Salman Musayev, Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan tibb xidməti polkovnik — leytenantı Mirzəliyev Xəqani Mirzəli oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, aılə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

      Arzu edirik ki, Xəqani həkimin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

      Tibb Xidməti polkovniki leytenantı Mirzəliyev Xaqani Mirzəli oğlu  1963 -cü ilin aprel ayının  1- də Azərbaycan Respublikasının Sabirabad rayonunda dünyaya göz açıb.

       1980 -ci ildə  Sabirabad şəhər orta məktəbini, 1986- ci ildə Nərimanov adına Dövlət Tibb İnstitutunun  1- ci müalicə profilaktika fakültəsini bitirib. Daxili Qoşunların Bas İdarəsinin hərbi hospitalında xidmət etdiyi illər ərzində həkimlərin təkmilləşmə İnstitutunda müvafiq ixtisas artırma  kurslarında, seminar və konfranslarda   olub.

      1986 — 1989 -cu illərdə Bakı şəhər Təcili  Yardım  stansiyasında həkim terapevt,  həkim kardioloq işləyib.

      1990- 1992-ci illərdə SSRİ Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı birqadasında tibb xidmət rəisinin müavini və xidmət rəisi vəzifələrində olub.

      1993 -2015 -ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin  Qaradağ  və Nərimanov rayonlarında yerləşən hərbi hissəsində ( hərbi  hospitalında)  1- ci  (birinci) terapiya şöbəsində ordinator, funksional diaqnostika kabinetində ulturasəs müayinəsi üzrə həkim, funksional diaqnostika  şöbəsinin rəisi  vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir. Tibb Xidməti polkovniki leytenantı Mirzəliyev Xaqani Mirzəli oğlu 2016 -ci ildən etibarən hal-  hazırda Qaradağ rayonun Sahil qəsəbəsində yerləşən Sədəf kilinkasında ultrasəs müayinəsi üzrə həkim vəzfəsində işləyir.  

     Yüksək peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyəti,dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti, təvəzökarlığı və vətənpərvərliyi ilə seçilən Allahın verdiyi şərəfli və mənalı  ömrünün ən məhsuldar dövrünün  36 ildən cox xidmət yolunu  hərbi xidmətdə və tibb xidməti sahəsində keçirir.

       Peşəkar həkim Xəqani Mirzəliyev Vətənin təəssübünü çəkən bir insandır.O Vətənin ağır məqamında onun taleyinə biganə qalmamış və döyüşçülərmizlə düşmənə qarşı ( Çaykənd, Qazax, Tovuz, Ağdam və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə)  fədakarlıqla döyüşmüşdür. Döyüşçü olmağı ilə birgə, həmdə bir hərbı həkim kimi, gecəli- gündüzlu calışaraq  döyüşçülərin , yerli sakinlərin, yaralarına məlhəm qoyub, onları yenidən həyata qaytarılmasında,  onlara ilk tibbi yardımın göstərilməsində böyük xidmətləri olub. Şəhid oğulların  məsciddə yuyulub kəfənlənməsində, cənazələrin ünvanlarına çatdırılmasında xüsusi zəhməti olub.Hətta, ünvanı bilinməyən Şəhidlərin  qadaşlıq məzarıstanında dəfin olnmasında şəxsən iştirak edib.

     Xəqani həkim Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Füzuli rayonu istiqamətində )gedən döyüşlərdə hərbi həkim kimi Səhra lazaretində xidmət göstərərkən yaralı döyüşçülərin, şəhidlərin döyüş silahlarının ardıcıl olaraq siyahısının tərtib edilməsində, itkisinin qarşısının alınmasında üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

      O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

      Daxili Qoşunların Bas İdarəsi tərəfindən  hər tədris  ili   hərbi hissələrdə və hərbi hospitalda keçirilən təftiş, yekun, ümumi, qəfləti yoxlamaların nəticələrinə görə Polkovnik leytenant Xəqani Mirzəliyevin rəhbərlik etdiyi şöbə yüksək göstəricilər göstərərək, Daxili Qoşunların hərbi hospitalın şöbələri arasında həmişə qabaqcıl və mükafata layiq görülmüş şöbələrin sırasında olmuşdur.

      Müstəqil Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş idarəsinin hərbi hospitalında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin, təlimatların  tələblərinin yerinə yetirilməsində üzərinə düşən  vəzifə və tapşırıqların yerinə yetirilməsində tabeçiliyində olanlar üçün nümunə olmuş, Hippokrat adına isə həmişə sadiq qalmışdır.

     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hospital rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə,  fəxri fərmanlarla, qiymətli hədiyyələrlə təltif edilib və ona təşəkkür elan olunub.

     Döyüş hazırlığındakı və tibb xidmətindəki əla göstəricilərə görə,  təlimlərdə , dövlətin ərazi bütövlüyünün təmin edilməsində  xüsusi fəriqləndiyinə  görə, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri Silahlı Qüvvələr Veteranı,  Qüsursuz Xidmətlərə görə 1-ci, 2-ci və 3-cü dərəcəli, Silahlı Qüvvələrin yaranmasının isə  10 — illiyi  və 90- iliyi medalları  ilə təltif edilib.

     Xəqanı Mirzəliyevin bütün Silahdaşlarn nəzərində cəsur döyüşçü, qayğıkeş insan  və şəfalı əlləri olan həkim kimi qalibdir.

     Yüksək insani keyfiyyətlərə və kamil həkimlik peşəsinə qadir Xəqani həkim sağlamlıq bəxş etdiyi insanların ömrundə və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. XAQANI HƏKİM!

GÜNƏŞ QƏDƏR İSTİ… QAR DƏNƏSİ  SAF VƏ TƏMİZ BİR DİLƏYİLƏ…AD GÜNÜN MÜBARƏK OLSUN.

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: