
ELBARİZ Məmmədli
Ağır gündü! Nə yazacağını, nədən yazacağını bilmirsən. Bu millətin yaddaş tarixində o qədər belə gözü yaşlı, sınəsi dağlı günlər var ki, hansından söz açmağın daha vacib olduğunu seçib-ayırmaq olmur. Çünki bu dərdləri tarixləşdirənlər, bilərəkdən və ya zorən xeyli yalan uydurublar. Milləti hay adlı soysuz bir tör-töküntünün qarşısında kiçildib, onları yaşantımızın ən böyük təhlükəsi kimi böyüdüblər.
Faciələrimizin əsas memarının, ölümümüzün əsas səbəbkarının, azadlığımızın əsas düşməninin -bolşevizmin, «kommunizm»in, çağdaş rasizmin adını cəsarətlə çəkməyiblər. Odur ki, bu soyqırımlar davam edib. Qərbi Azərbaycandan son nəfərimizə qədər qovulmuşuq, 30-cu illərdə milli-mənəvi soyqırımı yaşamışıq, Xocalıda dərimiz soyulub, Qarabağda daşımız daş üstə qalmayıb, XXI əsrin bu günündə Gəncə, Bərdə, Tərtər faciəsi görmüşük. Arxasında isə xain,amansız, allahsız, əxlaqsız və etibarsız rus barmağı. Bu barmaq kəsilməsə, bu əl sındırılmasa növbəti faciələrin olmayacağına, kimsə özünü inandırmasın.
İki gün öncə rus donuzunun bəyanatını eşitdinizmi? Faşist Dumasından Axərbaycanı, onun enerji sektorunu bombalamağı təklif edir. Sonra da guya üzr istəyir ki, bu, onun şəxsi fikri olub. Xeyr! Elə şey yoxdu. Fikir və hədə Kreml Xuntasına məxsusdur. Tükənirlər. Dünyanın təpkisi artdıqca, hamını özləri ilə cəhənnəmə sürükləmək istəyirlər. Amma tək gedəcəklər. Aramızdakı nökərlər də sevinməyə meyl eləməsin. Dar gündə bu millətin beş çingiz ildırımı rusun qabağına qaçsa, ona təpki göstərən, onunla savaşan on minlərlə Poladı, Mübarizi var. Eynən Ukraynadakı kimi…
Ukraynada qüvvələr nisbəti fərqli idi, çox fərqli. Fəqət, yüz qram arağa tankını satan rus, ürəyi olmadığı üçün şeytani variantlara əl atdı.
Minlərlə əliyalını öldürdü, yurd-yuvaları dağıtdı. Amma milləti əyə bilmədi. Leş-leşə verib Ukrayna torpaqlarında tullantıya çevrildi. İndi həmin faciəsini sığortalamaq üçün başqa bölgələrə dil uzatmağa başlayıb. Heç nə alınan deyil. Orda -Ukraynada da bizim yaşadığımız soyqırım yaşanır. Ukraynalılar da eynən bizim kimi bu dərdi neçənci dəfədir yaşayırlar. Qanlı rus əlləri ilə ölümə məhkum edilirlər. Millət isə dirəşir. Millət kimi, bütövləşmiş bir ürək kimi dirəşir.
Hərdən sosial şəbəkələrdə Rusiyada yaşayan bəzi həmvətənlərimizin ( belə demək olarsa) üsyankar çıxışlarına rast gəlirik. Nə qədər ağır olsa, da onların bircə tələbi var:- » Ukraynanı müdafiə etməyin. Bizim çörək qazanmağımıza problem yaradırsınız» Deməli, beş-on min adama görə biz, on milyonluq xalqı şərə yönəltməliyik, eləmi? Yüz illərdi qanımızı içənlərə qardaş da deməliyik, yəqin… Ukraynadakı dava bu gün kədərlə andığımız soyqırım qurbanlarının davasıdı. Bakı, Şamaxı, Quba və.s qətliamlarının davasıdı. Param-parça edilmiş Vətən torpaqlarının, Şəhid edilmiş Vətən övladlarının davasıdı. Çünki bu bəlaların hamısında rus əli var. Haqqı müdafiə etməsək, haqqımız tanınmaz. Cəhənnəm olsun, Şər İmperiyası!
Hərdən adama elə gəlir ki, bizim məmləkətimizi bir duyğusuzluq sindromu əhatəyə alıb. Dünyada baş verənlər insanların eyninə belə deyil. Rusiyada neofaşizm yeni və son mərhələsinə daxil olur, ermənilərdə revanş canlanması var. Bunları görmürükmü? Hamımız ittiham etməyə meylli olduğumuz halda, kimsə özünə kənardan baxmağa maraqlı görünmür. Torpaqlarımız isə hələ ilan ağzında qalmaqda davam edir. Bizə əl uzadana əl uzatmaq əvəzinə şəbədə qoşuruq. Dostu düşmən, düşməni dost yerində tutanlarımız var. Belə olmaz, millət!
Dünyada düzən dəyişir. Kiminsə istəyib istəməməsindən asılı olmayaraq, dəyişir. Bu düzəndə yolu və hökmü olanlar söz sahibi olacaqlar. Yaranışın ilk mədəniyyət qaynaqlarından olan Türk varlığı burda öz yerini tutmalıdır. Artıq bunun ilk işartıları var. Yetər, soyqırımlara məruz qaldığımız. Bütün Şəhidlərimizin və soyqırım qurbanlarımızın xatirəsinə baş əyirəm. Tanrı ədaləti sevənlərlə olsun!
