Gəncə veteranları tədbirdə iştirak edib

Gəncə şəhər idman təmayüllü məktəbin yetirməsi Gültəkin Əsgərova qadınlar arasında keçirilən Avropa çempionatında bürünc medal qazanaraq Gəncəyə qalıb kimi döndü. Qalib idmançını qarşılama tədbiri keçirildi.

Tədbirdə Gəncə şəhər fəalları.Güləş ustaları, Yeni Azərbaycan partiyasının yerli təşkilatının sədri Ramil Orucov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Gəncə şəhər Kəpəz şöbəsinin üzvləri iştirak ediblər.

Tədbiri Liseyin Direktoru Mehman Allahverdiyev açıq elan etdi.

Söz Yeni Azərbaycan partiyasının yerli təşkilatının sədri Ramil Orucova verildi. O, öz ürək sözlərini və Gəncə şəhər gənclərinə gənc idmançılara daha da fəal olmaqlarını arzuladı.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Gəncə şəhər Kəpəz şöbəsinin sədri Arzu Kərimova söz verildi.

Arzu Kərimov öz adından, şəhər eteranları adından tədbir iştirakçıları salamladı və Gültəkin Əsgərovanı təbrik edərək, gələcəkdə daha yaxşı nəticə göstərib qızıl medal qazanmaqla Azərbaycanın bayrağını ucaltmağı arzu etdi.

Tədbirin sonunda Xatirə şəkilləri çəkdirildi.

Bu xəbəri paylaşın: