Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rayon şöbələri hər il olduğu kimi bu il də 31 Mart Azərbaycanlıların Soyqırımı Günü qeyd edilən tədbirlərdə iştirak ediblər.

Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimayi Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədr Müavini Saleh Dostiyevin başçılığı ilə Özək sədrləri Hadıyev Bayram, Quluzadə Əhliman və şöbə üzvü olan müharibə veteranları 31 Mart Soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş Abidə Kompleksini ziyarət ediblər.
Abidə önünə tər qərənfillər düzərək şəhidlərə Allahdan rəhmət diləmişlər.




