AVMVİB Balakən rayon şöbəsində

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rayon şöbələrinin hər il olduğu kimi bu il də 31 Mart Azərbaycanlıların Soyqırımı Günü qeyd edilən tədbirlərdə iştirak etmələrini xəbər vermişdik. 

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin sədri Aydın Abdullayevin verdiyi məlumata görə rayon veteranları 31 Mart Azərbaycanlıların Soyqırımı Günü münasibətiylə Şəhidlər Xiyabanını ziyarət edərək şəhid məzarlarına gül qoyub dualar etmişlər.

Daha sonra rayon veteranları soyqırımına həsr olunmuş tədbirdə iştirak etmişlər. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev çıxış edib.

Bu xəbəri paylaşın: