Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rayon və şəhər şöbələrinin hər il olduğu kimi bu il də 31 Mart Azərbaycanlıların Soyqırımı Günü qeyd edilən tədbirlərdə iştirak etmələrini xəbər vermişdik.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mingəçevir şəhər şöbəsinin üzvləri də 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı ümumşəhər tədbirində iştirak etmişlər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov məlumat verib.
Şəhidlər abidəsi ziyarət edilərək gül qoyulub.

