Azərbaycan Respublikasının Xocalı rayonunun Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin məsuliyyət zonasında qalmış və “Ovsepavan” adlandırılan Dərələyəz kəndində separatçı-terrorçu rejim tərəfindən “44 günlük müharibə nəticəsində köçkün düşmüş erməni ailələri üçün” qanunsuz olaraq yeni məhəllənin tikintisi davam etdirilir.
Bu haqda məlumat və video-görüntülər sosial şəbəkələrin erməni seqmentində yayılıb.“Yeni məhəllədə 22-i üçotaqlı, 55-i isə dördotaqlı olmaqla 77 fərdi yaşayış evi olacaq. Məhəllədə yaşıllıqları olan istirahət guşələri, uşaq meydançası salınacaq, uşaq bağçası, inzibati bina, məktəb də tikiləcək.
Tikinti 2022-ci ilin dekabr ayına kimi başa çatdırılacaq”- məlumatda belə deyilir.
Layihə separatçı rejim və “Hayastan” ümumerməni fondunun dəstəyi ilə həyata keçirilir.
Mənbə: KAİM.az
https://vk.com/video-17452458_456249586?t=5s
