Prezident Vahid Əhmədovla bağlı sərəncam imzaladı

Vahid Qazməmməd oğlu Əhmədov «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.


Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.


O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.


Qeyd edək ki, V. Əhmədov Milli Məclisin deputatıdır. Sabah onun 75 yaşı tamam olur.

Təbrik edirik!

Bu xəbəri paylaşın: