Peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 21 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmiş Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin üzvü Həsənov Əliyar Əliəşrəf oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev onu təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu edirik ki, Əliyarın yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Həsənov Əliyar Əliəşrəf oğlu 02 aprel 1961 -ci ildə Azərbaycan Respublikasının Saatlı rayonun Qaracalar kəndində anadan olub.
1978 -cü ildə Saatlı rayon Qaracalar kənd orta məktəbini 1985 — ci ildə isə Azərbaycan Xalıq Təsərrüfatı İnstitutunu bitirib. O, Azərbaycan Ordusunda və Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox kurslarda, metodiki təlim tioplanışlarda , təlimlərdə , seminar və konfranslarda fəal iştirak edib.
1986-1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Moskva şəhərində yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub.
1992-1996-cı illərdə Azərbaycan Ordusunun döyüşbölgələrində yerləşən hərbi hissələrində taqım və bölük komandiri, əlahiddə tabor komandirinin müavini, 1996-2004-cü illərdə isə Daxili Qoşunların Nərimanov, Binəqədi və Xəzər rayonlarında yerləşən hərbi hissələrində xidmət rəisi,Daxili Qoşunların Baş İdarəsinin Maddi-texniki təminat idasrəsində isə baş zabit vəzifələrində Vətənə, Dövlətə və Xalqa saədaqətlə xidmət etmişdir.
O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ( Ağdərə, Ağdam, Tər-tər və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincəgəlmişdir.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiqli hörmət qazanmışdır.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə ,döyüş xidmətində, döyüş növbəsində , döyüş əməliyyatlarında xüsusi fəriqləndiyinə, eləcədə Silahlı Qüvvələr və Müharibə Veteranı kimi İctimai vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə SSRİ Ali Soveti, Azərbaycan Respublikası Prezidenti adından «Silahlı Qüvvələr Veterani», «Qüsursuz Xidmətlərə görə isə 1-ci ,2-ci və 3-cü dərəcəli, » Silahlı Qüvvələrin yaranmasının» 70- illiyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəyasət heyətinin müvafiq qərarları ilə isə Avmib — nin təsis etdiyi Müharibə Veteranı və Böyük Zəfər medalları ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ƏLİYAR BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev






