Ukrayna ordusu Kiyev vilayətinin Buça şəhərini Rusiya hərbçilərindən azad edib.
Buçanın meri Anatoli Fedoruk şəhərin Rusiya qoşunlarından azad edildiyini təsdiqləyib.
Mer vurğulayıb ki, şəhərin azad edilməsinə dünən, martın 31-dən başlanılıb.
“Bu gün Buçanın və bütün Buça icmasının şanlı tarixinə düşəcək”, — deyə o qeyd edib.
Öz növbəsində, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da bildirib ki, Rusiya qoşunları Buçadan geri çəkilərkən mülki tikililəri, infrastruktur obyektlərini və qəsəbə daxilində bəzi əraziləri minalayıblar.
Martın 25-də Buçaya “qəhrəman şəhər” fəxri adı verilmişdi. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski fərman imzalamışdı.
Bu xəbəri paylaşın:
