Ermənistan Meğri hissəsində 45 kilometr uzunluğunda dəmir yolu çəkmək fikrinə düşüb

«AZADUTYUN» (AZADLIQ) saytı yazır: Yerəşx-Culfa-Meğri-Horadiz dəmir yolu işləri üçün 10 nəfəldən ibarət xüsusi qrup yaradılıb.

Dəmir yolunun bərpası üçün yaradılan qrupa həm məmurlar, həm də sahənin mütəxəssisləri — inşaatçılar, professorlar daxildir. Bu, 44 günlük müharibədən sonra bir ildən çox davam edən danışıqlardan sonra erməni tərəfinin blokadanın aradan qaldırılması istiqamətində atdığı ilk substantiv addımdır.

Saytın yazdığına görə, Azərbaycanla əlaqələri bərpa etmək üçün Ermənistan Meğri hissəsində 45 kilometr uzunluğunda dəmir yolu çəkməli olacaq ki, bu da hökumətin hesablamalarına görə, bu dəmir yolu təxminən 200 milyon dollara başa gələcək.

Tikinti təxminən üç il çəkəcək. Azərbaycan da öz növbəsində ötən ilin fevralında tikintiyə başlayıb və rəsmi Bakı işləri gələn ilin birinci rübündə başa çatdırmağı planlaşdırır.

İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni araşdırmaları və Təlim Mərkəzinin drektoru

Bu xəbəri paylaşın: