Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Cəbrayıl rayon şöbəsi 44 günlük Vətən müharibəsində şəhid olmuş Ruhin Qəhrəmanovun ad günü mərasimində iştirak edib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Cəbrayıl rayon şöbəsinin sədri Rasim Paşayev məlumat verib.
Müharibə veteranları şəhidin məzarını ziyarət edərək gül qoymuş və ruhuna dualar etmişlər.
Məktəblilərin şəhid analarına xitabən söylədikləri şeir parçaları iştirakçılara duyğulu anlar yaşadıb.
Məkanı cənnət olsun!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Cəbrayıl
Bu xəbəri paylaşın:
