Qobu qəsəbəsində Soyqırımı abidə kompleksinin açılışı olub

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rayon şöbələrinin hər il olduğu kimi bu il də 31 Mart Azərbaycanlıların Soyqırımı Günü qeyd edilən tədbirlərdə iştirak etmələrini xəbər vermişdik.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Abşeron rayon şöbəsinin sədri Cabbar Cabbarovun verdiyi məlumata görə rayon veteranları 31 Mart Azərbaycanlıların Soyqırımı Günü münasibətiylə Abşeron rayonu Qobu qəsəbəsində Soyqırımı abidə kompleksinin açılışı olub.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Abşeron rayon şöbəsinin təşkilatçılığı ilə keçirilən açılış mərasimdə Abşeron rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyevin rəhbərliyi ilə İcra Hakimiyyətinin işçiləri, ictimaiyyət nümayəndələri yaxından iştirak ediblər. ziyarət edərək şəhid məzarlarına gül qoyub dualar etmişlər.

Allah şəhidlərimizə rəhmət eləsin!


Nurlan Məmmədli

Bu xəbəri paylaşın: