Ukrayna Silahlı Qüvvələri bütün Kiyev vilayətini ruslardan azad edib.
Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.
“İrpin, Buça, Qostomel və bütün Kiyev bölgəsi işğalçılardan azad edildi”, — o qeyd edib.
Xatırladaq ki, bu gün Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Aretoviç Ukrayna hərbçilərinin Kiyev vilayətində 30-dan çox yaşayış məntəqəsini azad etdiyini bildirmişdi.
Bu xəbəri paylaşın: