Dünyanın dağıdıcı ikinci gücünün bu gün müttəfiqlərinə diqqət edin: «Dnestryanı separatizmi», «Abxaziya separatizmi», «Osetiya separatizmi», «Luqansk separatizmi», və «Donbas separatizmi»…
Rusiya miskincəsinə bu qurumlarda beynini zəhərlədikləri öz vətənlərinə xəyanət edən ünsürlərə möhtac qalıb.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov inciyir ki, “Azərbaycan mediasında Rusiya əleyhinə kəskin fikirlər var və hökumətdən bu yazılanların dayandırılmasını istərdik.Mən inanmıram ki, hökumət daxili məsələlərə aid qadağalarını Rusiya üçün də tətbiq etsin! Azərbaycan ictimaiyyətində anti-Rusiya əhvalı var və biz bunu Azərbaycan mediasında da müşahidə edirik”. Amma Boçarkovun da faciəsi digər rusların faciəsinə bənzəyir. NİYƏsini şərh etmir. Özünü anlamamazlığa qoyur.
Rusiya dünyaya atılmış bir «Pandora qutusu»dur. Bütün bədbəxtlikləri bu qutuya yığıblar. Nə özləri yaşamağı bacarırlar, nə də qeyrilərini yaşamağa qoyurlar…
Fedai.az Araşdırma Qrupu