Tərtər rayonunda Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olub

1 aprel 2022-ci il tarixində Tərtər rayon Sarıcalı kəndində Şəhidlərərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olub.

Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)  Tərtər rayon şöbəsinin üzvləri iştirak etmişlər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsinin sədri Çingiz İsayev məlumat verib.

Çingiz İsayevin bildirdiyinə görə, Şəhid abidəsinin önünə gül dəstələri qoyulmuş, şəhidlərimizin ruhuna dualar oxunaraq çıxışlar edilmişdir.

Sarıcalı kənd orta məktəbinın sagirdləri şəhidlərə həsr edilmiş şerlər söyləmişlər.

Allah rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Tərtər

Bu xəbəri paylaşın: