Füzulidə müharibə əlillərinə baş çəkildi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Füzuli rayon şöbəsinin sədri Səməd Əbilov və Prezidentə Dəstək İB Ağsaqqallar Şurasının sədri Kamil Teymurov xeyriyyə tədbirində iştirak ediblər.

Füzuli rayonu Böyük Bəhmənli kəndində yaşayan müharibə əlilləri və veteranlarına qurban payları verilmiş və onların problemləriylə maraqlanmışlar. Prezidentə Dəstək İB Ağsaqqallar Şurasının sədri Kamil Teymurov ikansız müharibə əlilinin yarıtmaz mənzil şəraitini yaxşılaşdırmağa söz verdi. Pis şəraitdə yaşayan qazimizin mənzilinin ciddi təmirə ehtiyacı var.

Xatırladım ki, Kamil Teymurovun üzvü olduğu birlik müharibə əlillərinə daim belə diqqət və qayğı göstərir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Füzuli rayon şöbəsinin sədri Səməd Əbilov veteranlarımızı maraqlandıran məsələlərə münasibət bildirdilər və bundan sonra da bu cür tədbirlərin davam etdiriləcəyini dedilər.

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Füzuli

Bu xəbəri paylaşın: