2016-cı il «APREL DÖYÜŞLƏRİ» haqqında bir neçə maraqlı məlumat

Bu günkü erməni mətbuatı belə yazır…

Şəkildəki Lələ-Təpə və ətraf ərazilərin sputnikdən görünüşüdür. Sağ tərəfdən bir az yuxarıda boz rəngli ərazi LƏLƏTƏPƏDİR. Serj Sərkisyandan soruşublar:

— Lələtəpəni niyə geri götürmədin?

O, belə cavab verib:

— Ona görə ki, əgər buna cəhd eləsəydik, gərək ən azı 200 nəfər qurban verəydik…

— Baxın, baron Sərkisyan, bura Lələtəpə və ətraf əraziləridır, hansı ki, sizin dövrünüzdə itirilmişdi. İkinci Qarabağ döyüşlərində bu ərazilər erməni ordusu üçün «ƏT MAŞININA» çevrilmişdi və minlərlə gənc erməni məhv edilmişdir. 44 günlük müharibədə Lələ-Təpə əməliyyatının uğursuzluğu «artsax» müdafiə ordusu üçün dağıdıcı oldu. Bundan sonra Azərbaycan ordusu Cəbrayılın cənub hissəsində erməni müdafiə qüvvələrinin onurğasını qırdı.

44 günlük müharibə zamanı, 2020-ci il oktyabrın əvvəlində Serj Sarkisyanın itirdiyi təpəni geri almağa qərar verdilər ki, Artsrun Hovanisyan efirdə lovğalansın. Əməliyyatlar zamanı erməni tərəfi 700-dən çox itki verib, 44 tankdan 42-si döyüş meydanında qalıb. Videolara baxanda görürsən ki, tanklar sadəcə açıq sahədə necə dayanıblar, əsgərlər eyni açıq sahədə necə sıra ilə oturublar. Smerç, Qrad və pilotsuz təyyarənin eyni əsgərləri və tankları necə vurduğunu görürsən. Hər zərbə ilə bir ailənin işığı söndü, amma bacarıqsızlar nəyin bahasına olursa olsun təpəni tutmaq qərarına gəldilər.

Bir sözlə, baron Sərkisyan, sizin vaxtınızdan qalan LƏLƏTƏPƏ problemi erməni millətinə dağ çəkdi. Demək ki, nə qədər ətəyinizi kənara çəksəniz də bu itkilərin günahkarlarından biri də sizsiniz.

Beləliklə, həm APREL döyüşlərində, həm də 44-günlük misilsiz müharibədə adı dillər əzbəri olan LƏLƏTƏPƏ ərazisi ermənilərin qorxulu RÖYASINA, Azərbaycanlıların isə MÜQƏDDƏS ziyarət məkanına çevrildi…

İnşallah oraları ziyarət etmək hər birimizə nəsib olar.

İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin drektoru

Bu xəbəri paylaşın: