«21-ci əsrin cəhənnəmi. Qətlləri dayandırın!» — Mixaylo Podolyak dünyaya müraciət etdi

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri, Rusiya ilə danışıqlar qrupunun üzvü Mixaylo Podolyak Kiyev vilayətində işğalçıların vəhşiliklərini nümayiş etdirərək, Avropa ölkələrinə müraciət edib.


Qaynarinfo Unian-a istinadən xəbər verir ki, Prezident Ofisinin rəsmisi bu barədə «Twitter»də yazıb.


«Kiyev vilayəti. 21-ci əsrin cəhənnəmi. Edam edilən kişi və qadınların əlləri bağlı cəsədləri. Nasizmin ən ağır cinayətləri yenə Avropadadır. Rusiya bunu bilərəkdən etdi. Enerji resurslarına embarqo qoyun, limanları bağlayın. Qətlləri dayandırın», deyə Podolyak bildirib.

O, həmçinin Rusiya hərbçiləri tərəfindən işgəncə verilərək qətlə yetirilən ukraynalıların fotolarını yayımlayıb.

Bu xəbəri paylaşın: