2 aprel şəhid Etibar Məmişov Xansuvar oğlunun Anım günüdür.
Şəhidin ildönümü ilə əlaqədar olaraq Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbdə Anım tədbiri keçirilib.
2 aprel tarixində «Neftçi» İdman Kulubu İctimai Birliyinin əməkdaşı Rüstəm Mamedovun təşkilatçılığı ilə şəhid Etibar Məmişovun əziz xatirəsinə həsr edilmiş “Oğlunun yolunu gözləyən ana” adlı tədbir keçirilib.
Tədbirdə məktəbin direktoru , müəllim, şagird heyəti, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Şəhid Ailələrinə «Qayğı» cəmiyyətinin sədri Müşfiq Əliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabunçu rayon şöbəsinin sədr müvaini Ramiz Musayev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov və şəhidin döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Keçirilən Anım mərasimini giriş sözüylə təhsil işçisi, Yeni Azərbaycan Partiyasının fəallarından olan, şəhidin bacısı Həqiqət Məmişova açaraq bildirib ki, mən heç bir şəhidi qardaşım Etibar Məmişovdan fərqləndirmirəm , bütün şəhidlər mənim qardaşlarımdır. Həqiqət Məmişova bildirib ki, şəhidlərin xatirəsini yad etmək hər bir vətəndaşın borcudur Ali Baş Komandanımızın şəhidlər haqqında fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdıran məktəb direktoru, gənclərimizin şəhidlərimizi daha yaxından tanıması və onları örnək bilməsi üçün daha əhatəli tədbirlər keçirilməsinin vacibliyini vurğuladı. O, bildirdi ki, rəhbərlik etdiyi məktəbdə şəhidlərimizin əziz xatirəsi hər zaman anılır.

H. Məmişova bildirib ki, artıq torpaqlarımız işğaldan azad olunub və şəhidlərimizin ruhları təsəlli tapıb.
Tədbirdə çıxış edən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev bilirib ki, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində totbaqlarımız işğaldan azad edilib.

Mehdi Mehdiyev qeyd etdi ki, amma hələ müharibə bitməyib. Azərbaycan Ordusu üçün Vətən müharibəsindəki Zəfər nəticə yox, başlanğıc olduğunu bildirib.
Anım mərasimdə çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Şəhid Ailələrinə «Qayğı» cəmiyyətinin sədri Müşfiq Əliyev bildirib ki, şəhidləri unutmağa haqqımız yoxdur.
Müşfiq Əliyev qeyd edib ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq.

Tədbirdə çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabunçu rayon şöbəsinin sədr müvaini Ramiz Musayev 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun şücaətindən danışıb. Bildirib ki, qısa müddət ərzində Azərbaycan Ordusu 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı düşmən tapdağından azad edib və atrıq şəhidlərimizin qisası düşməndən alınıb.
Şəhidin döyüş yoldaşları öz xatirələrini bölüşüblər.

Qeyd edək ki, Məmişov Etibar Xansuvar oğlu 10 oktyabr 1971- ci ildə Kəlbəcər rayonunda anadan olub. 1993-cü il aprelin 1-də itkin düşüb.
Xansuvar kişinin ailəsi, məcburi köçkün kimi Göygöl rayonunda məskunlaşıb. Etibarın anası və atası dünyalarını dəyişənə kimi gözlərini Murov dağından çəkməyib, oğlunun yolunu gözləyiblər.
Şagirdlərin şəhidlər haqqında hazırladığı ədəbi kompozisiyaları tədbir iştirakçıları maraqla qarşılayıblar.
Xatırladaq ki, tədbirin təşkilatçısı Rüstəm Mamedov 44 günlük Vətən müharibəsidə cəbhə bölgəsində əsgərlərimizin yanında olduğuna və şəhid ailələlərinə, veteranlara gösdərdiyi qayğıya görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Fəxri üzvü seçilib.

Şəhidlər ölməz. Bu bir həqiqətdir. Vətənin azad səmasında hər günəşin doğuşuna görə, hər aldığımız nəfəsə görə və Bayrağımızın dalğalanmasına görə onlara borclu olduğumuzu unutmamalıyıq.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur Səlim
