Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan aprelin 3-də malikanəsində Qarabağ separatçılarının lideri Arayik Arutyunyanla görüşüb.
Press.az xəbər verir ki bu barədə Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan məlumat verib.
Musinyanın mesajında deyilir ki, söhbət zamanı Rusiya-Ukrayna müharibəsi şəraitində daxili siyasi fikir ayrılıqlarını daha da gərginləşdirməmək üçün Ermənistan hakimiyyəti və müxalifətindən həddindən artıq ehtiyatlı ritorika və hərəkətlərin tələb olunmasının vacibliyi qeyd edilib.


Bu xəbəri paylaşın: