“Pakistan parlamenti baş nazirə etimadsızlıq təklifini rədd edib”.
Bu barədə «Reuters» məlumat yayıb.
Pakistan telekanalları tərəfindən canlı yayımlanan müzakirədə səsvermənin konstitusiya pozuntusu olacağı bildirilib.
Qeyd edək ki, ölkənin baş naziri İmran Xana etimadsızlıq səsverməsinin keçirilməsi ilə bağlı təklifi müxalifət edib. Müxalifət 2018-ci ildə hakimiyyətə gələn İmran Xanı ölkədəki iqtisadi vəziyyəti yaxşılaşdıra bilməməkdə, eləcə də korrupsiyada ittiham edir.
Pakistan Prezidenti parlamenti buraxdı.
Pakistan Prezidenti Arif Alvi Baş nazir İmran Xanın təklifi ilə Milli Assambleyanı (parlamentin aşağı palatası — Red) buraxıb.
Bu barədə Pakistanın “Geo-TV” telekanalı məlumat yayıb. Pakistanın Nazirlər Kabineti istefaya göndərildi. Bunun ardınca, Pakistanın Nazirlər Kabineti buraxılıb, lakin baş nazir İmran Xan vəzifəsini davam etdirəcək.
Bu barədə ölkənin dövlət informasiya və yayım naziri Fərrux Həbib öz tviter səhifəsində məlumat verib.
«Baş nazir konstitusiyanın 224-cü maddəsinə uyğun olaraq öz vəzifələrini yerinə yetirməyə davam edəcək, Nazirlər Kabineti buraxılıb», — nazir yazıb.