Bu barədə erməni Telegram kanalları məlumat veriblər. «Mən çox təəssüf edirəm ki, Ermənistanda yaşayan ermənilərin 80%-i Qrabağda olmayıblar.
«Mən sizi buçörəyin, suyun, xiyar və pomidorun dadına baxmağa çağırıram, bu adamların öz torpaqlarına, kəndlərinə olan münasibətini hiss etməyə çağırıram.
Düşünürəm ki, o zaman çox şey dəyişdirmək daha asan olacaq və diasporada yaxud Ermənistanda yaşayan hamımızın münasibəti dəyişəcək, bu həll edilməli problem və ya çətinlikdir və bunu bizim üçün heç kim həll etməməlidir.
Bu, bütün gücümüzlə qorumalı olduğumuz torpaqlarımız, Vətənimizdir», deyə Rusiya hakimiyyət dairələri ilə əlaqəsi olan və hətta Paşikə alternativ saydıqları Ruben Vardanyan İnstaqram səhifəsində separatçı çağrışlar edib.
P.S. Qarabağda bizim, nəinki hərbi kolonu, hətta aeroport tikən, tikinti şirkətini Laçına buraxmayacaq qədər qudurmuş bir rus əyyaş bandası və onun başında Volkov adlı bir əyyaş general var və bizə qarşı əsəb müharibəsinə start veriblər. Rusların erməniməramlıları bütün qırmızı xətləri keçiblər. Xəbəriniz olsun!!!
