Beyləqanda Xatirə Bulağının açılışı oldu

Şəhid Böyükağa Elburus öğlu Yusiflinin xatirəsinə inşa olunmuş bulağın acılışı oldu.


Açılış mərasimində Beyləqan rayon İcra Hakimiyyətinin vətən müharibəsi Veteranlar, Qazilər, Şəhid alələri ilə işin təşkili söbəsinin müdiri Heybət Əliyev, icra numayədələri, YAP Beyləqan rayon təşkilatının nümayəndələri, şəhid alələri, veteranlar, qazilər, kənd sakinləri, müəllimlər, şagirdlər və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov və sədrin müavini Məmməd Məmmədov iştirak ediblər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov, AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhidin aləsinə baş sağlığı verərək, AVMVİB Fəxri fərmanını təqdim etdi.


Çıxış edənlər şəhid Böyükağa Yusiflinin döyüşlərdə göstərdiyi qəhramanlıqlardan söz açdılar.


Mərasim zamanı abidənin önunə gülər qoyuldu və şəhidin ruhuna dualar oxundu.


Şəhid Böyükağa Yusifli 1 sentyabr 2000-ci ildə Beyləqan rayonu Kəbirli kəndində anadan olub. 2007-ci ildə Məmədyar Fərzəliyev adına Kəbirli kənd tam orta məktədin 1-sinifinə daxil olur və 2017-ci ildə məktəbi bitirib.


05.10. 2018-ci ildə xidmətin başa vurub ordudan tərxis olunsa da 20.04. 2020-ci ildə «N» hərbi hisədə hərbi quluqcu kimi işləyir.


44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək Füzuli rayonun alınmasında iştirak edib. 3.10. 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.


Şəhid Böyükağa Elburus oğlu Yusifli ölümündən sonra «Vətən uğrunda», «Cəsur döyüşcü», «Füzulinin, Cəbrayılın, Xocavəndin alınmasına görə» medalarıyla təltif olunub.


Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan

Bu xəbəri paylaşın: