Tərtərdə şəhidin ad günü mərasimi keçirilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsi qazilərimiz və veteranların iştirakı ilə 44 günlük Vətən müharibəsində N saylı hərbi hissənin tərkibində Suqovuşan uğrunda gedən döyüşlərdə 13 oktyabr 2020-ci ildə şəhid olmuş Məmmədov Mehdi Elçin oğlunun ad günü mərasimində iştirak ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsinin sədri Çingiz İsayev məlumat verib.

Qazilərimiz və veteranlarımız şəhidin məzarını ziyarət edərək dualar oxunmuş və gül dəstələri qoyulmuşlar.


Şəhidin valideyinləri ilə görüşərək veteranlar adından başsağlığı vermişlər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Tərtər

Bu xəbəri paylaşın: