Azərbaycan və Ermənistan liderlərinin Brüsseldəki görüşündə «aprelin sonunadək Birgə Sərhəd Komissiyası çağırılması» və «xarici işlər nazirlərinə gələcək sülh müqaviləsinin hazırlaması üzərində işləmək tapşırılması» barədə razılıq əldə olunub.
Bu barədə BBC Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin azı 4 saat davam etmiş görüşdən sonra açıqlanmış bəyanatına istinadla xəbər verib.
Prezident Mişel bildirib ki, həm Prezident Əliyev, həm də Baş nazir Nikol Paşinyan ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək arzusunu bəyan ediblər.
«Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri əhatə edəcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırılması razılaşdırılıb».
O həmçinin qeyd edib ki, ikitərəfli sərhədlərin delimitasiyası və demarkasiyası «vacib olacaq».
«Bu məqsədlə aprelin sonunadək 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq Birgə Sərhəd Komissiyasının çağrılması da razılaşdırılıb. Birgə Sərhəd Komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq:
Onlar 2022-ci il martın 30-da Aİ-nin vasitəçiliyi ilə Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli nümayəndələrinin görüşünü alqışlayıblar və liderlər səviyyəsində əldə olunmuş razılaşmaların adekvat davamını təmin etmək üçün bu əlaqənin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər.
Azərbaycan və Ermənistan liderləri Ermənistan və Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya/əlaqə infrastrukturunun bərpasını da müzakirə ediblər.
Prezident Mişel qüvvələrin müvafiq məsafədə saxlanmasının təmin edilməsini insidentlərin qarşısının alınması və gərginliyin azaldılmasının vacib elementi adlandırıb. O, Aİ-nin bu məsələdə məsləhət və dəstək verməyə hazır olduğunu bir daha təsdiqləyib, bəyanatda qeyd edilir.
Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə görüşü «konkret və nəzərəçarpacaq nəticəli məhsuldar axşam» adlandırıb.
O, bu barədə tvitində «bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək öhdəliyi»ni xatırladıb.
Bakı vaxtilə axşam saat 9-da başlayan görüş azı dörd saat çəkib.
Qeyd edilir ki, ikitərəfli sərhədlərin delimitasiyası və demarkasiyası vacib olacaq, bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması da razılaşdırılıb. Birgə Sərhəd Komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq:
1) Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası;
2) Sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etmək.
Liderlər həmçinin Ermənistan və Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya/əlaqə infrastrukturunun bərpasını müzakirə ediblər. Prezident Şarl Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı yol əlaqələrinin bərpası üçün effektiv həll yolları tapmağı təşviq edib. Aİ özünün iqtisadi və investisiya planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə qarşılıqlı əlaqələrinin inkişafına dəstək verməyə hazırdır.
Liderlər görüşlərin nəticələrini izləmək və əlaqəni davam etdirmək barədə razılığa gəliblər.
