Xerson vilayətinin Staraya Zburevka kəndinin sakini Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyir və rus işğalçılarına kömək edir.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
“İstintaqın məlumatına görə, Xerson vilayətinin Staraya Zburevka kənd sakini Rusiya Federasiyasının hərbi qulluqçularının və onların nəzarətində olan silahlı birləşmələrin cinayət əməllərini dəstəkləyir.
Adam maddi ehtiyatların işğalçılara ötürülməsinə, avadanlıqların, personalın yerləşdirilməsi üçün yerlərin təşkilinə və ərzaq məhsullarının köçürülməsinə kömək edir.
Faktla bağlı Xerson Vilayət Prokurorluğunun prokurorlarının prosessual rəhbərliyi altında düşmənlə əməkdaşlıq fəaliyyəti (Ukrayna Cinayət Məcəlləsinin 111-1-ci maddəsinin 4-cü hissəsi) üzrə cinayət işi başlanıb.
Xatırladaq ki, Rusiya ordusu tərəfindən işğal edilmiş Xerson şəhərinin meri İqor Kolıxayev bildirib ki, bu “xainlər” şəhərdə olan fəalların və döyüş (ATO-OOS) iştirakçılarının məlumat bazasını ruslara sızdırıblar.
Belə ki, Lvov vilayətində, Rava-Russkaya sərhəd-keçid məntəqəsində Rusiya Fövqəladə Hallar Nazirliyinin Kaluqa vilayəti üzrə əməkdaşı olan Rusiya Federasiyası vətəndaşı saxlanılıb. DBR xəbər verir ki, onun telefonunda təcavüzkar ölkəyə dəstək mitinqlərinə çağırış mesajları tapılıb.
Həmçinin Transkarpat vilayətində sərhəddə yerləşən “Kiçik Bereznı” gömrük postunda da casus saxlanılıb. Onun telefonunda hüquq-mühafizə orqanlarının əməkdaşları Zakarpatiya ərazisində yerləşən nəzarət-buraxılış məntəqələrinin fotosunu tapıblar.
Bundan əlavə, Odessa vilayətinin kiberpolisləri Ukraynanın hərbi obyektləri haqqında məlumatları işğalçılara ötürən xaini ifşa ediblər. Sergeevka kəndinin rus kuratorları ilə işləyən 31 yaşlı sakini olduğu üzə çıxıb. Xain messencer vasitəsilə strateji obyektlərin koordinatlarını işğalçılara ötürürmüş.
Qeyd olunur ki, düşmən əlaltılarının saxlanılan bütün nümayəndələri UTX-yə təhvil verilib.
“StopKor”un daha əvvəl xəbər verdiyi kimi, Xarkov vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları Ukrayna Silahlı Qüvvələrinin bölgədə yerləşməsi barədə məlumat ötürən rusiyalı diversantı saxlayıblar.
ATMACA: «YAXŞI Kİ, BİZDƏ BELƏLƏRİ, NƏ DƏ DÜŞMƏN ƏSİLLİLƏR YOXMUŞ. YOXSA BATARDIQ»…
