Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qubadlı rayon şöbəsinin birgə qərarıyla Sumqayıt şəhər Regional Mədəniyyət İdarəsinin rəis müavini İlham Nizami oğlu Əhmədovu şöbələrin keçirdikləri tədbirlərdə verdiyi dəstəyə, konsert proqramlarının hazırlanmasına və hərbi hissələrə səfərlərdə yaxından iştirak etdiyinə görə Fəxri fərmanla təltif ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminov məlumat verib.
Fəxri fərmanı İlham Əhmədova Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsinin sədri Timuraz Mansurov təqdim edib. O, İlham Əhmədovu təbrik edərək, müharibə veteranları adından öz minnətdarlığını bildirib.
Nurlan Məmmədli

