Rəsmi Moskva Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşü şərh edib.
«RİA Novosti” xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə açıqlama verib.
«Rəsmi Moskva Bakı ilə İrəvan arasında Brüsseldə keçirilən danışıqları müsbət dəyərləndirir və alqışlayır. Bu, çox uzun prosesdir. Lakin belə bir sənədin imzalanması istiqamətində irəliləyiş özlüyündə çox müsbət faktdır və alqışlanmağa layiqdir”.
Bu xəbəri paylaşın:
