İşğalçılar təcili olaraq 12 min ukraynalıya Rusiya pasportları paylayıblar

Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya üzrə Baş İdarəsinin rəis müavini Oleq Kadoçnikov bildirib ki, 12 minə yaxın ukraynalı “təcili olaraq” Rusiya vətəndaşlığını qəbul edib.

Bu barədə Kadoçnikova istinadən TASS məlumat yayıb.

Onun sözlərinə görə, artıq 12 minə yaxın insan pasport alıb.

Agentliyin məlumatına görə, gələn miqrantların bir hissəsi 800-dən çox müvəqqəti məskunlaşma mərkəzindədir ki, burada 25 minə yaxın insan, o cümlədən 10,5 min uşaq yaşayır.

Ukraynalılar Moskvada patent və iş icazəsi olmadan əmək fəaliyyəti ilə məşğul ola bilərlər, Moskva Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir.

Xatırladaq ki, martın sonuna olan məlumata görə, ruslar təkcə Mariupoldan 20-30 min insanı zorla çıxarıblar.

Media işğal olunmuş Donetsk sakinlərinə istinadən xəbər verir ki, rus işğalçıları Mariupoldan valideynsiz uşaqları aparıblar, onlar Donetsk xəstəxanasına yerləşdirilib.

Bu xəbəri paylaşın: