Türkiyəli siyasətçilər ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürməyə çağırıblar.
Hakim Ədalət və İnkişaf Partiyası (AKP) hesab edir ki, Ərdoğan Rusiya və Ukraynanı barışdırmaq üçün bir vaxtlar ABŞ Prezidenti Barak Obamanın İsrail və Fələstin arasındakı münaqişəni həll etməsindən daha çox iş görüb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Hürriyet” qəzetinə müsahibəsində bu fikirlərlə razılaşdığını bildirib. Çavuşoğlu Obamanın “əslində heç nə etmədiyini” deyib.
“Lakin bizim prezidentimiz daha çox iş görüb, ona görə də o, Nobelə layiqdir”, — deyə nazir bildirib.
Bu xəbəri paylaşın:
