Buça soyqırımı Xocalı soyqırımının kölgəsində qalar — Xocalı bu ədalətsiz dünyadan 30 ildir ədalət istəyir…

Günün xəbəri: Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb. Donetsk Regional Dövlət Administrasiyasının sədri Pavel Kirilenko bu məlumatı verib. Ölənlərdən 5-i uşaqdır…

Bu soyqırımı aktları və rusların vəhşiliyi bizlərə yaxşı tanışdır. Bu gün də daxil, Azərbaycan xalqına qarşı bu qırğınları görməzdən gələn Avropanın Ukrayna səmimiyyətinə də inanmayın. Almaniyanın “Spiegel” qəzeti Almaniya Federal Kəşfiyyat Xidmətinə (FKX) istinadən yazır: «Suriyadakı döyüşlərdə qəddarlığı ilə seçilən “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) yaraqlıları Buçadakı vəhşiliklərdə həlledici rol oynayıblar.

FKX ələ keçirdiyi məlumatlar onu göstərir ki, Buçadakı qırğınlar nə təsadüfi, nə də nəzarəti itirmiş ayrı-ayrı əsgərlərin hərəkətləridir. Çox güman ki, bu materiallar dinc əhalinin öldürülməsinin Rusiya ordusunun adi üsulunun və bəlkə də mülki əhali arasında qorxu və dəhşət yaymaq və müqaviməti yatırmaq strategiyasının bir hissəsinə çevrildiyini göstərir.”

Əgər zamanında Azərbaycanda baş verənlərə susmasaydılar bu gün bu insanlıq dramı Avropanın ortasında yaşanmayacaqdı. Buçada heç olmasa öldürülməyən və qaçqına çavrilməyən insanlar qalmışdı, amma Xocalıda bircə nəfər belə adam tapmaq mümkün deyildi…

Bu gün Ukraynada baş verənlərə reaksiya verən Qərb və ABŞ, düz 30 il bu genosidi bizə qarşı törədən erməni-rus faşizminə dəstək verib. Separatçı terrorçulara hər cür kömək və yardım ediblər. Ona görə də onların, nə ikili standartlarına, nə də ədalətinə inanmıram. Hələ də bu gün erməni terrorizmini bəsləyənləri görməkdəyik. Bunca şəhər və kəndlərimiz yer üzündən silinib. Minlərlə insanımız öldürülüb. Senari müəllifi Rusiya qondarma «(S)arsax müdafiə ordusu» adıyla bu gün də torpaqlarımızı və hətta magistral yollarımızı işğalda saxlamaqdadır.

Xatırlatma: Xocalı, Ağdaban, Qaradağlı və s. soyqırımlarını törədən 366-cı polk cəzadan qaçmaq üçün az bir texnikanı Ermənistan vasitəsiylə Gürcüstana aparmışdı. Amma çıxardığından daha çox silah helikopterlərlə Xocalı soyqırımında öncə Qarabağa daşınmışdı. Bu sadəcə iz itirmək üçün edilmişdi. Xocalı şəhərində hərbi əməliyyatdan sonra 366-cı alayın cinayətdə iştirakının izlərini itirmək üçün alay tələm-tələsik Dağlıq Qarabağdan çıxarılıb Gürcüstana aparılarkən hərbi texnikanın böyük bir hissəsi – 9 tank, 4 zirehli transportyor, 70 piyada döyüş maşını, 4 “Strela-10″ raket qurğusu, 8 top, 57 minaatan və digər silah-sursat erməni birləşmələrinə təhvil verilmişdi. Bu görünən rəqəmlərdir. Bütün bunlar bu gün hay-haray qoparanların gözləri önündə baş vermişdi.


Qurbanlar arasında uşaqların olması faciədir və bu ağrı bizlərə yaxşı tanışdır. Uşaqların əksəriyyəti vilayətlərdən — Kiyevdə (86), Donetskdə (81), Xarkovda (73), Çerniqovda (50), Nikolayevdə (39), Luqanskda (32), Zaporojyedə (22), Xersonda (29), Sumıda (16), Jitomirdə (15) və paytaxtda (16) əziyyət çəkiblər. Hakimiyyət orqanlarının təxmini hesablamalarına görə, martın 27-nədək Mariupolda 5 minə yaxın insan, o cümlədən 210-a yaxın uşaq ölüb. Qurbanların dəqiq sayını indi hesablamaq mümkün deyil.

Əhali sayına nisbətdə götürsək, Xocalı Mariupolu və Buçanı kölgədə qoyar. Çünki Mariupolun əhalisi 450 min (2017), Buçanın əhalisi 36 min (2017) nəfər olduğu halda Xocalının əhalisi ən çox 6 min nəfər ola bilərdi. Buçada öldürülənlərin sayı 320, o cümlədən bütün 44 milyonluq Ukraynada rəsmi olaraq 167 nəfər uşaq öldürülməsi fonunda Xocalıda öldürülənlərin rəsmi 613 nəfər, əslində bu rəqəm ən azı 1035 nəfərdir (aşağıda şərh edilib — X.Ə.) və 27 nəfər uşaq qətlə yetirilib. (1988-ci ildə 2,135 nəfər təşkil edən kənd əhalisi 1991-ci ildə Xankəndi və Dağlıq Qarabağdakı bəzi qəsəbələrdən olan azərbaycanlı qaçqınlar hesabına, o cümlədən 1991-ci ilədək 6,300 nəfərədək artmışdı. Amma bizim qeyri-rəsmi mənbələrdə şəhərdə 10 min nəfərədək əhalinin yaşadığı barədə məlumatlar vardı). Bu göstəricini Buçada öldürülənlərin sayı bilinmədiyinə görə, ümumukrayna göstəricisi ilə müqayisə edin. Dəhşətli bir mənzərə alınar.


Dünyada bir körpənin öldürülməsi belə bəşəriyyətin faciəsidir. Pinti müharibə üslubu ermənilərə və ona ağalıq edən ruslara məxsusdur. Qadın, qoca, uşaq demədən kütləvi qırğınlar törətməklə cəmiyyətə sirayət edən qorxu yaradacaq həddə qırğınlar törətmələrini Azərbaycanda və Anadolunun şərqində bu iki toplum birgə həyata keçirdiyini dəfələrlə yazmışıq. Silahsız insanlara qarşı hərbi cinayətlər törətmək bir rus üslubudur. Amma nəinki beynəlxalq ictimaiyyət, hətta bu məmləkətin çörəyini yemiş «palanlı rus hambalları» hələ də Velikorus raşizmini müdafiə etməkdən belə çəkinmirlər. Çünki bu sahədə cəzasızlığı görüb ağalarının mesajlarını asanlıqla cəmiyyətimizə ötürməyə çalışırlar.


İndi isə yaddaşınızı təzələmək üçün bəzi faktları və fotoları müqayisəli şəkildə sizlərə təqdim edəcəyəm.

Öncə bildirim ki, 30 ildir deyirəm ki, Xocalıda 613 nəfər deyil, azı 2000 nəfər vəhşicəsinə qətlə yetirilib. Sadəcə 613 nəfərin cəsədi əldə olunub deyə yanlış olaraq bu rəqəmdən yapışmışıq. Rəsmi məlumatda deyilir: «Xocalıda 613 nəfər şəhid edilib, 1275 nəfər isə girov götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil». Bildirim ki, bu illər ərzində biz əsirlər və girovların kartotekası hazırlanmayıb. Statistik məlumatların konkretləşdirilməyib. Xocalıdan azad edilmiş əsirləri isə, rəsmi mənbədə «Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 nəfər Xocalı əsirini ermənilərin əlindən xilas etməsi kimi qeyd edilir»

. Bu məlumat inandırıcı sayıla bilməz. Çünki konkret olaraq bu rəqəmi əks etdirən heç bir sənəd ortada yoxdur. 613 nəfər yerli xocalıların sayıdırsa, öldürülən mesheti türkləri hərbçilər və yaxud oraya iş məqsədiylə gedənlər hansı rəqəmlə əks olunub. Tutaq ki, bu rəqəmlər doğrudur, yəni 1275-1003=272 nəfər və üstəgəl rəsmi olaraq 150 nəfər itkin. Bu isə 613+422=1035 nəfər deməkdir. Bu günədək kimsə qaytarılmayıbsa və bu itkinlərə şəhidlik statusu verilibsə, bəs nədən bu 613 rəqəmi dəyişilməyib? Bu rəqəm reallıqdan uzaq bir rəqəmdir.


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların sayı 1 yanvar 2019-cu il tarixinə 3888 nəfərdir. Dövlət Komissiyasının İşçi qrupunun məlumata görə, rəsmi qeydiyyatından keçən itkin düşmüş şəxslərdən hərbçilərin sayı 3170 nəfər, mülki şəxslərin sayı 718 nəfərdir. Ümumilikdə itkinlərin 3622 nəfərini kişilər, 266 nəfərini qadınlar təşkil edir. Burada Xocalıda əsir düşən hərbçilərin və mülki şəxslərin sayları dəqiqləşdirilməlidir.


Bu rəqəmlərə uyğun hadisələri əks etdirən faktlara diqqət yetirək…


Hazırda Livanda məskunlaşan erməni yazıçı-junlalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan Turklərinin başına gətirdlikləri müsibətləri «Xaç uğrunda» kitabında fəxrlə xatırlayır. «Xaç uğrunda» kitabının 19,76-cı səhifələrində Xocalı soyqırımından müəllif yazır: «Səhərin soyuğunda biz Daşbulaq kəndinin yaxınlığındakı batalyona getmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstündən getmək istəmədim. Buna görə polkovnik-leytenant Ohanyan mənə işarə etdi ki, qorxmayım. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi və mən beləcə 1200 meyidin üstündən keçdim.


Martın 2-də «Qaflan» erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq «monqolun» (türklərin) cəsədini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-də yandırdılar. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış 10 yaşlı bir qız uşağını gördüm, diqqətlə baxanda gördüm ki, o, yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq o, hələdə sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam.Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərlərinə mazut töklümüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi».


Əraziyə humanitar məqsədlə uçuş edən Rusiya Hava Qüvvələrinin helikopter pilotu Leonid Kravets demişdi: «Yaralıları çıxardım və onları Əsgəranın çıxışından yola saldım. Mən aşağıdan uçurdum və birdən uçuş mühəndisim qışqırdı: «Bax, qadınlar və uşaqlar var». Mən yamacda səpələnmiş iki yüz ölü gördüm və onların arasında silahlı insanlar var idi. Sonra cəsədləri götürmək üçün bu sahədən uçduq. Hər yerdə eybəcər hala salınmış xeyli qadın, uşaq və yaşlıların cəsədlərini gördüm. Onların bir çoxu qaçmağa çalışanda yaxın məsafədən öldürülmüşdü, bəzilərinin isə üzləri eybəcər hala salınmışdı».

1905-ci il faciələrinin canlı şahidi olan erməni Ohanis Apresyan xatirələrində yazır: «Qarabağda guya sakitliyi bərpa etmək üçün gəzən atlı kazaklar biz ermənilərə deyirdilər ki, gündüz vaxtı biz öz vəzifəmizi yerinə yetiririk, sizin azərbaycanlılara hücum etməyinizə yol verə bilmərik. Amma axşama doğru vəzifəmiz bitir, evlərdə qonaq oluruq. Sizin bayırda nə iş görməyiniz daha bizi maraqlandırmır. Bu sözdən sonra bizimkilər silahlanaraq türk məhəllələrinə hücuma keçdilər… Qapılar qırıldı və evlərdəki ən son türk öldürülənə qədər qırğınlar davam etdi. Fəryad səsindən qulağımı tıxamağa məcbur olurdum…” Bu tarixi faktı erməni-rus işbirliyinin tarixi qanlı və iyrənc kökləri olmasını göstərmək üçün yazdım.


Düşmən isə o günlər Xocalıya hücum zamanı 7 erməni öldürüldüyü və 20 nəfərin isə yaralanması və erməni tərəfinin 10-12 nəfər arasında itkin düşməsiylə yanaşı, «Pro-Armenia» xəbər agentliyi, Xocalı yaxınlığındakı döyüşdə 30-dan 40 nəfərədək Azərbaycan əsgərinin həlak olması, 100-dən çox əsir götürülməsi barədə məlumat yaymışdı. Bu gün bəzi ermənilər və onların əlaltılar, hətta bu ölümləri də Azərbaycan xalqının öz üzərinə qoyacaq dərəcədə xaindirlər.


Bu dəhşətlər barədə dünyanın müxtəlif vicdanlı mətbuatında say minlərlə deyilir. Anar Yusifoğlunun bir araşdırmasında mətbuatın xülasəsi verilib. Onları sizlərə təqdim edirik:

Fransanın «Krua İ-Evenaman” jurnalı (29 fevral 1992-ci il): …Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər.

Ardı var

Xaqani Ədəboğlu
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın: