Pakistan Milli Assambleyası (parlamentin aşağı palatası) bazar günü gecə Baş nazir İmran Xana etimadsızlıq göstərib.
Bu barədə Pakistanın Geo News telekanalının məlumat yayıb.
Pakistan Geo News xəbər verir ki, İmran Xan sona qədər mübarizə aparacağını və məğlubiyyətlə barışmayacağını deyib.
“Mən bu xarici sui-qəsdin uğur qazanmasına imkan verməyəcəyəm”,- İmran Xan deyib.
Onun sözlərinə görə, keçmişdə məğlubiyyəti qəbul etmirdi, indi də qəbul etməyəcək.
Etibarsızlıq səsverməsi ilə bağlı sual verildikdə, Baş nazir “nəyin bahasına olursa olsun” məğlubiyyəti qəbul etməyəcəyini və Milli Assambleyanın sessiyasında sona qədər iştirak edəcəyini və “heç vaxt güzəştə getməyəcəyini” təkrarlayıb.
“And içirəm ki, Pakistana heç vaxt xəyanət etməyəcəyəm”, – deyə İmran Xan bildirib.
Lakin Pakistan Ali Məhkəməsi işə qarışıb. Nəticə etibarı ilə hakimlər İmran Xana etimadsızlıq səsverməsinin ləğv edilməsinin, daha sonra hökumətin və parlamentin buraxılmasının konstitusiyaya zidd olduğunu bildirib və bu qərarları qeyd ediblər.
**************
Pakistanda xalq mitinqlərə başlayıb. Minlərlə İmran Xan tərəfdarı Lahor küçələrindədir.
ABŞ-ın bu ölkədə hökuməti devirmək cəhdlərindən sonra Pakistan xalqı Baş nazir İmran Xana geniş dəstək nümayiş etdirir.
Yüz minlərlə insan küçələrə axışıb və İmran Xanı dəstəkləyir. Birləşmiş Ştatlar hakim və generalları ələ almaq üçün Pakistanın dilənçi vəkillərindən istifadə edir.
Onlar ABŞ-a və Britaniyaya öz etirazlarını bildirirlər. Pakistanın Pişəvər şəhərində Qərbin İmran Xan hökumətinin devrilməsində iştirakına etiraz olaraq ABŞ və Britaniya bayraqları yandırılıb.
İmran Xan hazırkı prosesin arxasında ABŞ-ı ittiham edib.
O, iddia edib ki, ABŞ rəsmiləri pakistanlı diplomatları onun Moskvaya son səfəri səbəbindən istefa verməsi barədə xəbərdar edib.
Qeyd edək ki, Pakistanın paytaxtı İslamabadda komendant saatı elan edilib.
Mənbə: KONKRET.az
