Xarkov vilayətində rus hərbçilərin kütləvi məzarlığı aşkarlanıb

Ukraynanın Xarkov vilayətindəki Olxovka yaşayış məntəqəsi azad edilrəkən orada rusiyalı hərbçilərin kütləvi məzarlığı aşkarlanıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsi açıqlama ilə çıxış edib.

Ukrayna ordusunun 92-ci mexanikləşdirilmiş briqadası Olxovkada dərin və böyük çuxura atılmış onlarla rusiyalı hərbçinin cəsədini tapıblar. Onları rusiyalı hərbçilər döyüş zamanı ataraq qaçdığı bildirilib.

Olxovka uğrundakı döyüşlərdə Rusiya Müdafiə Nazirliyinin 138-ci motoatıcı briqadasının 2 batalyon taktiki qrupu və 59-cu tank alayının qrupu məhv edilib. 60 rusiyalı hərbçi əsir alınıb.

Bu xəbəri paylaşın: