Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayevi göstərdiyi ictimai fəallığa, Daxili Qoşunların ildönümü və Birlik üzvlərinin problemlərinin həllində iştirak etdiyinə görə Fəxri fərmanla təltif edib.
AVMVİB sədri Füzuli Rzaquliyev polkovnik Salman Musyevi təbrik edərək, 86 minlik Birlik üzvlərinin problemlərinin həlli üçün göstərdiyiniz hüquqi yardımlar İdarə Heyəti üzvləri tərəfindən təqdir edilir. İnanırıq ki, bundan sonra da bu sahədə öz məsləhətlərinizi əskik etməyəcəksiniz. Gənc döyüşçülərimizin də cəmiyyətə inteqrasiya olunmasına və layiq olduqları yeri tutmalarına yardımçı olacaqsınız.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev göstərilən diqqət və qayğıya görə AVMVİB Rəhbərliyinə öz minnətdarlığını bildirdi.
Təltif mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov iştirak edib.
Təbrik edirik!
AVMVİB Mətbuat Xidməti


