Daha bir fəxri üzvümüz, şəhid oğlu, 95 saylı Ağdam rayon orta məktəbinin direktoru Kərim Əvəz oğlu Novruzov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev tərəfindən Fəxri fərman və Xatirə medalıyla təltif edilib.
Kərim Novruzovu təbrik edən AVMVİB sədri F. Rzaquliyev bildirdi ki, gənc nəslin vətənpərvər ruhda böyüməsi və tərbiyəsi ilə yanaşı, fəxri üzv kimi AVMVİB ilə daim sıx əlaqə saxlayır. AVMVİB — nin saytlarında məqalələrlə çıxış edir və Birliyin tədbirlərində yaxından iştirak edir. Həm də K. Novruzovun atası Əvəz Novruzov Ağdərənin azərbaycanlı kəndləri uğrunda qəhrəmancasına döyüşərək şəhid olmuş əfsanəvi qəhrəmanlarımızdan olub. Bizimlə olan kimsənin diqqətdən kənarda qoymuruq.
Kərim Novruzov AVMVİB sədri F. Rzaquliyevə və rəhbərliyə diqqətə görə öz minnətdarlığını bildirdi.
Təbrik edirik!
Elnur Səlim


