Daxili İşlər Nazirliyinin son ümumi məlumatlarına görə, protokolların 97 faizinin hesablanmasından sonra Fransanın hazırkı prezidenti Emmanuel Makron 27,6 faiz səs toplayaraq prezident seçkilərində liderliyini qoruyub saxlayır, deyə RİA Novosti xəbər yayıb.
Sağçı “Milli birlik” partiyasının rəhbəri Marin Le Pen ikinci yerdə (23,41 faiz), solçu “Yenilməz Fransa” partiyasının rəhbəri Jan-Lyuk Melenşon üçüncü yerdədir (21,95 faiz).
Bu arada, Fransanın paytaxt bölgəsində artıq ikinci tura namizəd olmayan Mélenşon birinci yeri (30,24 faiz səs), Makron (30,19 faiz) ikinci və Le Pen (12,97 faiz) isə üçüncü yeri tutub. Bu regionda dördüncü yerdə ifrat sağçı namizəd, “Reconquest” partiyasının yaradıcısı Erik Zemmur (7,46 faiz) qərarlaşıb. Mərkəz sağçı Respublikaçı namizəd Valeri Pekress 6,19 faiz səslə beşinci yerdə qərarlaşıb.
Parisin özündə isə vəziyyət fərqlidir: Fransa paytaxtında Makron 35,33 faiz, Mélenşon 30,09 faiz, Zemmur isə 8,16 faiz səs toplayıb. Marin Le Pen 5,54 faiz səslə altıncı yerdə qərarlaşıb.
Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək.
