Pakistanda müxalifət blokunun namizədi Şahbaz Şərif parlamentdə keçirilən səsvermədə baş nazir seçilib.
Şahbaz Şərif kimdir?
Şahbaz Şərif əvvəllər üç dəfə Pakistanın baş naziri vəzifəsində çalışmış və son olaraq 2017-ci ildə korrupsiya ittihamı ilə mühakimə olunan Navaz Şərifin kiçik qardaşıdır.
İnqilabi şeirlərdən sitat gətirmək həvəsi olan və sərt bir rəhbər kimi tanınan Şahbaz Şərif PML-N lideri olmamışdan əvvəl uzun illər Pəncab əyalətində baş nazir vəzifəsində çalışıb.
Pakistanın yeni prezidenti Şahbaz Şərifin Türkiyə ilə münasibətləri necədir?
Türkiyənin dostu Şahbaz Şərif bundan əvvəl Pakistanın 110 milyon əhalisi olan ən böyük əyaləti olan Pəncabda üç müddət baş nazir vəzifəsində çalışıb.
Fəaliyyəti dövründə Türkiyə ilə çox yaxın münasibətdə olan Şahbaz Şərif Pakistanda 22 FETÖ məktəbini 15 iyuldan sonra bağlanaraq Maarif Vəqfinə təhvil verilmişdi.
