AVMVİB Xəzər rayon şöbəsi iftar süfrəsi açıb

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xəzər rayon şöbəsi oruc tutan veteranlara iftar süfrəsi açıb.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xəzər rayon şöbəsinin sədri Rasət Tağıyev məlumat verib.


Rasət Tağıyev bildirdi ki, müqəddəs gündə Ramazan ayının fəzilət və dəyərlərindən, onun vəhdət və birlik ayı olmasından, Qurani Kərimin, məhz bu ayda nazil olmasından, bu günlərin Türk dünyasında da coşquyla qeyd edilməsindən söhbətlər etdik. Şəhidlərimizə Allahdan rəhmət dilədik.

Xatırladaq ki, AVMVİB Xəzər rayon şöbəsi hər il bu cür iftar süfrələri verir və məclisə, əsasən şəhid ailələrini, keçmiş döyüşçüləri dəvət edir.


Allah orucunuzu qəbul etsin!

Elnur Səlim

Bu xəbəri paylaşın: