TƏBRİK: MUSTAFAYEV ELXAN HƏBİB OĞLU — 52

  Peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti,  insanpərvərliyi  və təvəzökarlığı  ilə seçilən  Allahın verdiyi şərəfli və mənalı ömürünün 16 ildən çox şərəfli xidmət yolunun 1 (bır) ilini Ədiliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şüvalan cəzaçəkmə müəssisəsində,   15  (on beş) ilini isə  Sovet Ordusunda və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətdə   keçirmiş  Müharibə Veteranı ehtiyatda olan tibb xidməti kapitanı Mustafayev Elxan Həbib oğlunun aprel ayının 12 — də 52 — yaşı tamam olur.

     Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan  ehtiyatda olan tibb xidməti kapitanı Mustafayev Elxan Həbib oğlunu, belə ələmatdar gün münasibətilə onu  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev  səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin neymət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

    Arzu edirik ki,  Elxan həkimin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.Amin!

    Tibbi xidmət kapitanı Mustafayev Elxan Həbib oğlu  1970 -ci ilin aprel ayının 12 -də   Zəngilan rayonunun  Şayfılı kəndində anadan olub.

    1987 -ci ildə Zəngilan rayonunun Şayıflı kənd tam orta məktəbini,  1993- cü ildə Azərbaycan Tibb Universitetini,  1994 -cü ildə  Həkimlərin təkmilləşmə İnstitutunu bitrib. Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxil Qoşunlarda və hərbi hissələrində keçirilən  bir çox metodiki — təlim- toplanışlarda, təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

    1988- 1989- cu ildə Sovet Ordusunun Belarusiya Respublikasnın Slutski şəhərində və Rusiyanın Volakovo şəhərində yerləşən hərbi hissələrində  müddətli həqiqi hərbi xidmətdə olub.

     1994- 1995- ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şüvalan cəzaçəkmə müəssisəsində , 1995- 2010 -cu illərdə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin  Sumqayıt şəhərində, Hacıqabul və Binəqədi rayonlarında yerləşən hərbi hissələrinin tibb xidmətində stomatoloji  kabinetin rəisi vəzifələrində  Vətənə Dövlətə və Xalqa xidmət edib.

   «Hərbi Xidmətkeçmə Haqqında » əsasnamənin  156-cı madəsinin v) bəndinə əsasən   Xəstəliyə görə  tibb xidməti mayoru Elxan Mustafayev  2010 -cu ildə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından ehtiyata buraxılıb.

      Azərbaycanın ərazi bütövlüyü uğrunda  ( Zəngilan rayonu   istiqamətində) gedən döyüşlərdə fəal  iştirak edib.

      Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində , özünü , səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, istərsə də  oxuduğu orta və ali  təhsil müəssisələrində,     xidmət etdiyi  və işlədiyi  kollektivlərdə, dost — tanış  arasında özünə layiq hörmət qazanmışdır.

     Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında,   Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı  dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqalədə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində,  baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

     Elxan həkim, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində   Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına  ciddi riayət etmiş, Hərbi Andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirmiş, komandirlərin  (rəislərin) əmr və sərancamlarına  sözsüz  tabe olmuş,  Hippokrat andına isə həmişə sadiq qalmışdır.

     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     Hərbi vəzifə borcunu  yerinə yetirərkən göstərdiyi rəşadətə,  əla  döyüş hazırlığı göstəricilərinə, Azərbaycan dövləti və Azərbaycan Respublikasının   Daxili İşlər Nazirliyinin Daxili Qoşunları  qarşısındakı   xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti adından  Daxili işlər Nazirinin müvaiq əmrləri ilə  » Qüsursuz Xidmətə Görə »  2 -ci və 3-cü dərəcəli,  Silahlı Qüvvələrin yaranmasının isə  10 -illiyi və  90 -iliyi yubileyi  medalları   ilə təltif  olunub.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ELXAN HƏKİM!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Dərin hörmətlə: Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: