News12.az saytı Azərbayacanın işğal olunmuş əraziləri və bu ərazilərdə fəaliyyət göstərərək Azərbaycan xalqını qanına qəltan edən terrorçular barədə araşıdırmaları oxuculara çatdırmaqda davam edir. Bu dəfəki araşdırma məşhur terrorçu Üsəma Bin Ladenin qardaşı İbrahim Bin Ladenin işğal olunmuş Azərbaycan ərazilərinə səfəri və Erməni terrorçuları ilə iş birliyindən bəhs edir.
Səudiyyə Ərəbistanı milyonçusu qoca Məhəmməd bin Ladenin ölümündən sonra (1976) onun «Binladen Brothers for Stracting and Industry» adlı tikinti şirkətinə oğulları başçılıq etdi. Ərəb dünyasında və Avropada məşhur olan Əhya bin Laden Beyrutun mərkəzini yenidən qurdu. Harvard Universitetində təqaüd fondu yaratdı və bu təqaüdü о adamlara ayırdı ki, onlar torpaq və Vətən uğrunda vuruşsunlar. 2000-ci il noyabrın 14-də bu təqaüdü alanlardan ikisi erməni millətindən olan Rezat Arutunyan və Babak Yenezaryan idi. Harvard Universitetini bitirən Rezat Arutunyana ayrılmış təqaüdün qiymət kitabçasında yazılırdı: «Torpaq uğrunda şəhid olmağa hazır olduğu üçün». Hansı torpaqdan söhbət getdiyi isə açıqlanmırdı.
2002-ci il fevralın 4-də Əhya bin Ladenin Londonda Beynəlxalq Koordinasiya Mərkəzinin (1990-cı ildə açılmıĢdı) Ģəbəkəsi genişləndi
(«Binexrort»). ġəbəkənin yeddi otaqlı sağ cinahı ermənilərin araĢdırma mərkəzinə verildi. Bu zaman Məhəmmədin sayca 15-ci oğlu olan Üsəma bin Laden İsveçrənin «SICO» Ģirkəti ilə iş birliyi qurdu. Məhəmmədin 16-cı oğlu Salam bin Laden «Bahgue AE Saoudi» Direktorlar şurasına qəbul olundu. Direktorlar ġurasının katibi 1992-ci ildən Xankəndinin Kərkicahan yaşayış ərazisindən Livana, oradan da Fransaya mühacir olan Lion Nairyan seçildi. Məhəmmədin on yeddinci oğlu isə (Məhəmməd bin Ladenin 54 oğlu var) Əfqanıstanda peyda oldu. Onun da adı Üsəma idi. Abdulla Əziz Universitetini bitirən bin Laden Kəraçidə özəyi qurulmuş «Camaat-e-islamiyyə» dini radikal islam təşkilatına üz tutdu. Professor Bürhanəddin Rəbbani və Əbu Səyyafla görüşdü. 1989-cu ildə isə «Əl-Qaida» («Baza») radikal islam ordusunu yaratdı. 1998-ci ildə «İslamın Qafqaz kəşfiyyatı»nı qurdu:
1. Qara dəniz istiqamətində (Gürcüstan ərazisindən);
2. Azərbaycan istiqamətində (Dağlıq Qarabağ ərazisindən);
3. Ermənistan istiqamətində (İran ərazisindən).
Elə həmin il «Əl-Cihadinterneşnl» terrorçu qrupunu təşkil etdi.
AraĢdırmalardan aydın oldu ki, bu təşkilatın ABŞ-ın bəzi ştatlarında 25-30 nəfərlik dayaq və əlaqələndirmə dəstələri var idi.
Məhəmmədin 18-ci oğlu Xəlil Məhəmməd bin Laden isə Braziliyada Səudiyyə Ərəbistanının konsulu təyin olundu və Braziliya vətəndaşı İzabel Kristina Bayma ilə ailə qurdu. İzabelin anası Kamilla Qaracanyan və dayəsi milliyyətcə erməni idilər. Bu izdivac özünü göstərdi və 2000-ci ilin noyabrında Xəlil Məhəmməd bin Laden Braziliya hökumətindən xahiş etdi ki, onu Ermənistana diplomatik korpusa göndərsin.
İBRAHİM BİN LADEN XANKƏNDİNDƏ
Məhəmmədin sayca 19-cu oğlu, ixtisasca tikinti mühəndisi olan İbrahim bin Laden 1984-cü ildə «Laden» beynəlxalq tikinti Şirkətinin əsasını qoydu və 1999-cu ildə Xankəndidə göründü. İki gün sonra onun səsi Laçın və Şuşadan gəldi. 1999-cu il iyunun 16-da və 19-da Dağlıq Qarabağın «Artsax» telekanalında müsahibə verdi. Bu zaman onun yanında Nyu-Cersi Ştatının milyonçusu, tikinti maqnatı Qirayn Ovanyan vardı. Milyonçu Ovanyan İbrahim bin Ladeni başa salmağa çalışırdı ki, Dağlıq Qarabağda ermənilər artıq «gümüş toyu çalıb qurtarıblar».İbrahim bin Laden Məhəmmədin milliyyətcə erməni olan, Suriyada yaşayan tacir Afik Akopyanın qızı Ləyyadan olan oğlu idi.Məhəmməd bin Ladenin ailəsi qan qohumluğuna görə bölünürdü. Onun suriyalı erməni qadından olan övladları bir cəbhə idi, iordaniyalı qadından olan övladları isə başqa bir cəbhə. Lakin onlar hamısı Məhəmmədə tabe idi. Zahirən «Laden» tikinti şirkətinin başçısı kimi tanınan İbrahim bin Laden ərazisindən uran çıxarılan, təbii sərvətlərindən bir sıra kimyəvi məhsulların hazırlanması üçün şəraiti olan ölkələrin hər birində investisiya qoyur. Suriya, İraq,İran, Pakistan, Hindistan, Çin, Rusiya, Amerika, Ġngiltərə, Almaniyada onun öz tikinti dəstəsi var və bir qismi bu gün də fəaliyyətdədir. «Laden»çilər həmin ərazilərdə dərman fabrikləri tikir, nüvə qalıqları üçün anbarlar inşa edir, tam məxfi şəraitdə işləyə bilən elmi tədqiqat laboratoriyalarının özülünü qoyurlar. ABŞ MKİ-nin məxfi sənədlərində «üçüncü dövlət» — daha doğrusu, tranzit dövlət və yaxud ərazi kimi nüvə materiallarının qaçaqmalçılıq yolu ilə daşınmasını və ya ötürülməsini təmin edən ölkələr sırasında Ermənistanla Əfqanıstan da var. Bu da maraq doğurmaya bilmir ki, 2000-ci il mayın 4-də İbrahim bin Ladenə məxsus (qoyulan investisiya ona məxsusdur) «Vadi Əl-Qaid» şirkətinin filialı Yerevanda açıldı. Ermənistan Dövlət Universitetindən cənub-qərb tərəfdə, əsas binadan təqribən 500 metr aralı A.Manukyan küçəsində filiala ofis verildi. 1994-2000-ci tədris illərində Yerevan Dövlət Universitetini bitirən 9 əfqan tələbənin bütün xərclərini məhz «Vadi Əl-Qaid» şirkəti çəkib.Yenə həmin il avqustun 16-da həmin tələbələr üçün işğal olunmuş Kəlbəcər ərazisinin şimal istiqamətindəki İstibulaq-Çaykənd zonasında istirahət mərkəzi salındı. Oktyabrın 4-də isə həmin tələbələrə «Vadi Əl-Qaid» şirkətinin məsullarından olan, iş adamı Əyyubxan Şirzad «055» nömrəli briqadanın (üstündəki təsvir: kəsişən qılınc, Yer kürəsi və Quran) nömrələri yazılmış vəsiqələri təqdim edir.Bin Ladenin «055» nömrəli hərbi briqadasının London, Yerevan, Paris, Vaşinqton, Tehran, Köln şəhərlərində, Rusiya, Argentina, Braziliya, Gürcüstan və Dağıstanda islami-hərbi özəkləri var. Bilavasitə Üsəma bin Laden tərəfindən maliyyələşdirilən «055» nömrəli briqadanın «Taliban»a heç bir dəxli yoxdur. Bu, müstəqil, lakin gizli fəaliyyət göstərən briqadadır. İxtisasca kütləvi qırğın silahları üçün strateji obyektlər mühəndisi olan İbrahim bin Ladenin Qarabağda erməni milyonçusu ilə iş birliyi qurması maraqlı və ciddi bir məsələdir.
BİN LADEN VƏ «ÇEQAKRON»
Məlumata görə, 1999-cu il noyabrın 21-dən İbrahim bin Laden XankəndininŞimal-Şərq hissəsində məskunlaşan (Gülablı, Malıbəyli ərazilərində) «Çeqakron» erməni təşkilatının liderlərindən olan Vartan (can) Aruşanyanla görüşür. Təşkilat faşist ruhlu bir qurum kimi formalaşdığından, türk xalqlarına, xüsusən müstəqil Azərbaycan dövlətinə qarşı işğalçılıq əhval-ruhiyyəsində qurulduğundan Ermənistan Ədliyyə Nazirliyi beynəlxalq hüquq normalarından qorxaraq onu Yerevanda qeydə almaqdan çəkindi. Nəticədə «Çeqakron» 1999-cu ilin ortalarında Baş Qərargahını Xankəndinə köçürdü. Bu zaman Xankəndinin qondarma «MN»nin köhnə binasından dörd otaq onlara verildi, təşkilat rəsmi qeydiyyata alındı. Bu da artıq məlumdur ki, bin Laden Azərbaycanın işğal olunmuş ərazilərində, xüsusən Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında strateji təlim düşərgələrinin tikintisinin yeni layihələrini də işləyib. 320 min ABŞ dollarlıq investisiya qoyub.
Faktlardan biri də budur ki, «Çeqakron» terrorçu təşkilatının liderlərindən və beynəlxalq koordinatorlarından olan Mark Şakiryan adlı bir fizika alimi məhz İbrahim bin Ladenin «zəmanəti» ilə Əlcəzairin «Silahlı islamçılar» radikal təşkilatına qoşulur və iki təşkilat arasında koordinator missiyasını yerinə yetirir. 2000-ci il fevralın 13-də isə «Silahlı islamçılar» təşkilatının nizamnaməsinin 14-cü, «Çeqakron» təşkilatının Nizamnaməsinin 9-cu maddəsində dəyişiklik edilir (maddə xristian-islam münasibətləri ilə bağlı idi). Qeyd edək ki, 1993-cü ildə Nyu-Yorkda ticarət mərkəzini partladan (birinci partlayış) və «Əl-Qaida» tərəfindən dəstəklənən Kor Şeyx ləqəbli Ömər Əbd-Ər Rəhman da məhz bu təşkilatda yetişmiş və bu təşkilatdan da icraçı kimi Nyu-Yorka göndərilmişdi.«Silahlı islamçılar» radikal təşkilatının 1994-cü ildə yazılmış Nizamnaməsinin daha bir maddəsi — 13-cü maddəsi dəyişilir: «İslamı sevən və onu qəbul edən hər kəs, irqindən və dilindən, dinindən asılı olmayaraq. Vətən və torpaq uğrunda vuruşursa. O, bizimlədir. Dəxli yoxdur, bu vuruş istər Asiyada olsun, istər Avropada istər Zaqafqaziyada. Biz vahid ideya uğrunda birləşdik. Вu vahidlikdə biz «İrşad» sözünü yaratdıq. İslamda «İrşad»ı biz yaratdıq. Harada «İrşad» varsa, biz oradayıq».Radikal islamçıların terrorçuluq təşkilatlarını öyrənən «Çeqakron»çuların sırasında 97 nəfər yaşı 19-25 arasında olan gənc var. 2000-ci il fevralın 19-dan etibarən bu terrorçu qrupa qızlardan ibarət snayperçi dəstələr də qəbul edilir.
YEVKRAPA» TERRORÇULARI
Bu ərəfədə Tehran erməni yeparxiyası Artsaxla (Xankəndi) əlaqələr komitəsinin sədri Miqran Pirimyanın və Tehrandakı Erməni Biznesmenləri İttifaqının Dağlıq Qarabağa səfəri və onların ABŞ milyonçusu, İbrahim binLadenin iş ortağı olan Qirayn Ovanyanla görüşməsi də faktdır.
Çünki Pirimyanın İrandakı erməni icmasının yardımı kimi 57 min ABġ dollarlıq çeki «Çeqakron»çulara təqdim edilib. 2000-ci il aprelin 13-də «Artsax» telekanalı ilə yayımlanan «Vətən» verilişində strateji Araşdırma Mərkəzinin əməkdaşı Laura Surenovna Ağayan bu «hədiyyə»yə görə təşəkkür etdi. Araşdırmalarımızdan bu da aydın olub ki, milyonçu İbrahim bin Laden 1992-93-cü illərdə Qarabağda döyüşlərdə iştirak edən könüllü əfqan ərəblərinin vuruşduğu ərazilərdən keçib və bu yerləri videolentə alıb.1992-ci il iyunun 12-dən Qarabağda könüllü mücahidlər dəstəsi kimi formalaşan «Yevkrapa» terrorçu qrupunun «055» nömrəli Laden briqadasının üzvləri ilə müştərək iş birliyi qurulur. Vaxtilə «Araratsement» zavodunun direktoru olmuş Ermənistanın eks-baş naziri Aram Sarkisyan tərəfindən maliyyələşdirilən bu təşkilatın üzvlərinin iki qrupu — «Artsax-3» və «Aram-4» Azərbaycanın işğal olunmuĢ Kəlbəcər rayonunun Orta Qaraşanlı və Ağcakənd yaşayış məntəqələrinə bilavasitə nəzarət edirlər. Ötən il noyabrın 9-da Düşənbə-Moskva aviareysində (№632) narkobiznes mafiyasında ittiham olunan Qarun Xanzadyan və Taran Sirdaqyan ifşa olundular. Bu da məlum oldu ki, hər iki Ģəxs 2000-ci il sentyabrın 26-dan 30-dək «Yevkrapa» dəstəsində Ağcakənddə olmuş, Düşənbədə məskunlaşan narkobiznes mərkəzinə Kəlbəcərin və Laçının, Xankəndinin ətraf kəndlərinin coğrafi xəritəsini vermişlər. Erməni narkobiznesmenlərinin adları Yerevan-Moskva və Yerevan-Xankəndi aviareyslərində də açıqlanıb. Bu da maraqlıdır ki, «Yevkrapa»nın «Artsax-3» və «Aram-4» qrupları İran İslam Respublikasının narkobizneslə məşğul olan dövlət qrupunda, eləcə də
«Sepah-e-Pastaran»çıların kəşfiyyat xidmətində Dağlıq Qarabağda məşğul olan və Düşənbədə, Seraxs, KuĢka və Tedcan (Türkmənistan) narkomənbələri ilə əlaqələndirici qruplar kimi qeyd olunub.
Tədqiqatı tələb olunan bir məlumatda isə bu da aydın olur ki, «Laden»çilərə məxsus və bilavasitə narkobiznes və silah alveri ilə məşğul olan «055» nömrəli hərbi briqada tərəfindən maliyyələşdirilən «Yevkrapa» üzvləri silah alverində iştirak edirlər. Çin Xalq Respublikasının özəl şirkətlərinin satdığı «Tayfun» raketlərinin də maliyyə xərcləri onlara məxsusdur. Dağlıq Qarabağda istehsal olunan narkotik maddələr üçün altı müxtəlif həcmdə laboratoriya fəaliyyət göstərir.
Araşdırmalarımıza görə, «Yevkrapa» qrupunun üzvləri 2006-ci il il fevralın 12-dən Astana qrupuna (Qazaxıstan) qoşulub.Çünki narkobiznesin Qazaxıstan şəbəkəsi daha genişdir. Belə ki, Rusiyaya ötürülən heroinin 93, xaşxaşın (laboratoriya üçün) 85, nəşənin 78 faizi məhz Qazaxıstandan gedir.Şübhəsiz, «Yevkrapa» Orta Asiya və Cənubi Qafqaz narkomafiyası arasında əlaqələndiricilərdən biri kimi ABŞ MKİ-nin sənədlərində də öz əksini tapıb. Dağlıq Qarabağdakı «Yevkrapa» silahlı narkobiznes alverçiləri 2001-ci ilin iyul-iyun aylarında Fərqanə, Nəmanqan, Əndican, Nukus şəhərlərində erməni diasporları nəzdində əlavə bölmələr yaradıblar.
R. NOVRUZOĞLU
03-04-2018
