Martın sonunda Rusiyanın Çinə böyük ümidləri Moskva üçün heç də yaxşı qurtarmadı: Çindən Avropaya dəmir yolu ilə daşınmalı olan bir milyondan çox konteyner indi Rusiya və Belarusdan yan keçərək dəniz yolu keçməklə istiqamət dəyişdirilməlidir. Düşünülməmiş hərəkətlər ağır və başa düşülən nəticələrə gətirib çıxarır.
İqtisadi analitik Noah Barkin Twitter-də Bloomberg xəbər agentliyinin materialına keçid yerləşdirib, ona görə tədarükçülər ABŞ və Aİ sanksiyalarına məruz qalmaqdan qorxaraq Rusiyanı tədarük marşrutundan kənarlaşdırıblar. Eyni zamanda, yeni dəniz marşrutları xərcləri artırır və qlobal təchizat zəncirində xaosu gücləndirmək təhlükəsi yaradır, lakin şirkətlər sanksiyalara məruz qalmaq risklərindən ehtiyat edərək tranzit üçün Rusiya ərazisindən istifadə etməmək qərarı verdilər.

Üstəlik, şirkətlər təkcə ABŞ sanksiyalarından deyil, həm də Rusiya dəmir yollarından tranzit ölkə kimi istifadə edən istənilən şirkəti boykot edə biləcək avropalı istehlakçıların reaksiyasından qorxurlar.
Bu günkü məlumatda deyilir ki, Pekin 240 milyon ton yük axınını Rusiya dəmir yolundan Cənubi Qafqaza, o cümlədən Gürcüstandan, Azərbaycandan keçən marşruta yönləndirib.
Bu marşrutda 102-ci Rusiya hərbi bazasının xidməti üçün ərazi yoxdur və ola da bilməz, çünki bu ərazidə dəmir yolu Rusiyaya məxsusdur.
Bu məlumatı kavkaz-uzel.eu verib. Yayılan məlumat bir qədər də fərqlidir və orada deyilir:
-Rusiyanın bu qədər qorxduğu şey başına gəldi. Çin Avropaya gedəcək 240 milyon tonluq yük axınını Cənubi Qafqazdan keçən yola yönləndirdi.
Pekin ixracatçı şirkətləri beynəlxalq sanksiyalardan qorumaq üçün Rusiya ərazisindən bütün növ malların daşınmasından imtina etdi.
Şərqi Sibir Dəmir Yolu, Novorossiysk və Murmansk limanları blok edilib.
Qazaxıstanın Aktau, Azərbaycanın Ələt, Gürcüstanın Poti, Türkiyənin İstanbul, Rumıniyanın Konstansa dəniz limanları on qat artıq rejimdə işləyəcək.
Çin, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Cənubi Koreyadan yük və konteynerlərin daşınması üçün sifariş alan Bakı-Tbilisi-Qars-İstanbul dəmir yolu qəza rejimində işləyəcək.

Çin hökuməti «Bir kəmər — bir yol» adlı yeni Qlobal Logistika Marşrutuna 800 milyard dollardan çox maliyyələşməsinə başlayıb.
Cənubi Qafqazda həyata keçirilən bütün beynəlxalq marşrutlar və layihələrdən yalnız Ermənistan kənarda qaldı.
Xatırladaq ki, Cənubi Qafqazdan keçməklə Çindən Avropaya tranzit marşrutunun tənzimlənməsi Azərbaycan tərəfindən uzun müddətdir ki, fəal şəkildə lobbiçilik edilir. İlham Əliyev hətta bu tranzit üçün Çinə gedib Si ilə görüşüb.
Məhz Azərbaycan Qazaxıstan, Türkmənistan və Gürcüstanı vahid tranzit tarifi yaratmağa çağırıb və bu məsələ ilə bağlı birgə hökumətlərarası komissiyanın yaradılması təşəbbüsü ilə çıxış edib.
Azərbaycan indiki Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılmasının ideoloqu və baş sponsoru oldu. Bir sözlə deyə bilərik ki, bu böyük layihə də, məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinin «meyvələridir».
AVMVİB Mətbuat Xidməti
