«Əl-Cəzirə» Ukraynada öldürülən rus əsgərlərinin cəsədləri olan soyuducu vaqonu görüntülədi — VİDEO

Qətərin “Əl-Cəzirə” telekanalı mayın 9-da Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı reportaj yayımlayıb.

Reportajdaə digər kadrlarla yanaşı, onlar Ukraynada işğalçılar tərəfindən oğurlanmış əşyaları və həlak olan rus hərbçilərinin cəsədləri olan soyuducu vaqonu nümayiş etdiriblər. .

Bunu «Meduza», «Əl-Cəzirə»yə istinadən yayınlayıb.

Jurnalistlər videoda Rusiya ordusununkuna oxşar formada çantaları göstərib, Rusiya istehsalı olan bədən qoruyucu zirehlərinin etiketi ölən hərbçilərin xüsusi hərbi hissələrə və ya elit desant qoşunlarına mənsubiyyətinə şəhadət verən şevronlar göstərilib.

Həmçinin, ölən işğalçıların şəxsi əşyaları arasında baxış zamanı Ukrayna sakinlərindən oğurlanmış xeyli qızıl əşyalar aşkar edilib.

Telekanal qeyd edir ki, həlak olan rus əsgərlərinin cəsədlərinin olduğu vaqon Kiyev vilayətində lentə alınıb. Rusiya bu əsgərlərin cəsədlərini götürməkdən imtina edib.

Ukrayna Silahlı Qüvvələrinin polkovniki Vladimir Lyamzin jurnalistlərə deyib ki, öldürülən hər bir işğalçı Rusiyanın Ukraynadakı hərbi cinayətlərinin sübutudur.

Bu xəbəri paylaşın: