İki qardaş ölkənin canlı əfsanələri bir arada

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənlinin rəhbərliyi ilə nümayəndə heyəti Türkiyəyə səfər edib. 

Bu barədə Musavat.com-a Emin Həsənli məlumat verib.

Məlumata görə, nümayəndə heyətinin tərkibinə «Vətən Müharibəsi Qəhrəmanı» daxil olmaqla Qarabağ qaziləri, təşkilatın İdarə Heyətinin üzvləri və «Hərbi And» qəzetinin əməkdaşları daxildir.

Hərbi ekspert bildirib ki, onlar səfər çərçivəsində Türkiyə Muharip Gazilər Dərnəyinin İstanbul şöbəsində olublar:

«Türkiyə Cümhuriyyətinə səfər proqramımız ənənəvi olaraq Türkiyə Muharip Gazilər Dərnəyinin İstanbul şöbəsində qardaş ölkənin şanlı hərb tarixində öz izlərini qoyan canlı əfsanələrlə görüşdən başladı».

Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi dəstəyi ilə Türkiyə Müharip Qazilər Dərnəyinin dəvəti və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan səfər 13-23 may tarixlərini əhatə edir.

Bu xəbəri paylaşın: