Rusiyanın Ukraynanı udmaq «iştahası»

Krımlı politoloq Aleksandr Formançuk şənbə günü deyib ki, indiki sərhədlərdə Ukrayna olmayacaq, «MK» yazır.


Onun sözlərinə görə, Ukrayna başqa, sərhədləri də fərqli olacaq.


“Mən əminəm ki, onun ərazilərinin bir hissəsi Rusiya Federasiyasının tərkibinə daxil olacaq”, — deyən Formançuk əlavə edib ki, o, ilk növbədə müasir Xersonun ərazisini və Zaporojye vilayətinin Azov hissəsini nəzərdə tutur.

«Bu, Rusiya Federasiyasının ayrılmaz hissəsi kimi Krım üçün həyati maraq kəsb edən zonadır», — Formançuk izah edib.


Onun sözlərinə görə, Rusiyanın “bu torpaqları itirməyə” haqqı yoxdur. Krımlı politoloq vurğulayıb ki, bu ərazilər “Rusiyanın bir hissəsi olmalıdır”.

Formançuk həmçinin hesab edir ki, «Donetsk və Luqansk Xalq Respublikaları», o cümlədən Ukraynanın Nikolaev və Odessa vilayətləri Rusiyanın tərkibində olacaq.

Əli Nəsib Zərdabi

Bu xəbəri paylaşın: