AVMVİB Yardımlı rayon şöbəsi veteranlara baş çəkib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsi yeni fəaliyyətə başlasa da müharibə veteranlarına dəstək olmağa çalışır. İş adamı, xeyriyyəçi Kərbəlayi Rizvanın dəstəyi ilə Vətən müharibəsi veteranları və imkansız ailələrə geyim dəstləri təqdim olunub.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri Mayılxan Əliyev məlumat verib.

Mayılxan Əliyev belə humanist və örnək addıma görə iş adamı Kərbəlayi Rizvana müharibə veteranları adından öz minnətdarlığını bildirib.

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Yardımlı

Bu xəbəri paylaşın: