Piyada bir qələt edə bilməyən ermənilər, indi də avtoyürüş keçirirlər

Ermənistan müxalifətinin nümayəndələrİ paytaxt İrəvanda avtoyürüş keçirirlər.

Bu barədə 168.am məlumat verib.

Etiraz edən vətəndaşlar Baş nazir Nikol Paşinyanın istefasını tələb edərək yenidən etiraz aksiyalarına başlayıblar.

Digər bir xəbərdə deyilir ki, səhər saatlarında Ermənistan polisinin xüsusi bölmələri Baş nazir Nikol Paşinyanın istefasını tələb edərək aksiyalar keçirən müxalifət nümayəndələrini saxlamağa başlayıb.

Erməni mediası xəbər verir ki, polis aksiya iştirakçılarını süni tıxac yaratmamağa, avtomobillərlə daha sürətli hərəkət edilməsini tələb edib.

Lakin aksiya iştirakçıları çağırışa məhəl qoymayıb, polis maşınları və sürücüləri saxlamağa başlayıb.

Ermənistan paytaxtının müxtəlif yerlərində ondan çox etirazçı saxlanılıb.

Qeyd edək ki, mayın 1-dən Ermənistanda “Ermənistan” bloku və Respublika Partiyasının, həmçinin “Daşnaksütyun” və “Rodina” partiyalarının iştirak etdiyi müxalifət qüvvələrinin genişmiqyaslı etiraz aksiyaları davam edir.

Bu xəbəri paylaşın: