Bir neçə həftədir ki, Ermənistanda davam edən etiraz aksiyaları, yürüşlər və mitinqlər müxalifət liderlərini ümidsizliyə salıb. Şəhərdə hərəkəti “dayandırmaq” kimi uğursuz cəhdlərindən sonra onlar çıxılmaz vəziyyətdə qalıblar. Heç nə verməyən aksiyaları davam etdirmək, onsuz da az olan tərəfdarların dəstəyini itirmək olardı.
Bu barədə ararat.news.am saytı yazıb.
İşxan Saqatelyanın açıqladığı taktika dəyişikliyi hələlik informasiya müstəvisində nəzərə çarpır. Bu gün səhər saatlarından etibarən polisə geniş miqyaslı media terroru elan edilib.
Onların qınana bilən hərəkətlərinə təmkinlə, bəzən hətta qeyri-mütənasib şəkildə reaksiya verən polislər həftələrlə müxalifətin hədəfində olub.
Motiv tamamilə başa düşüləndir, küçə mübarizəsinin tam iflasa uğradığını ictimaiyyətə birtəhər təqdim etmək üçün onlara müəyyən əsaslandırma, hansısa arqument lazımdır. Burada ictimai asayişi qoruyan polis əməkdaşlarının fəaliyyətinin hədəflənməsi strategiyası var. Polis əməkdaşlarını öz tərəflərinə çəkmək cəhdlərinin nəticəsiz qalmasından sonra, bir neçə gün əvvəl polisin onlara qoşulmaq üçün ərizə yazması barədə yalan məlumat yayarkən, bu gün də bütün hüquq-mühafizə sistemini gözdən salmaq taktikası seçilib.