Ukrayna 82 gün sonra «Azovstal»da təslim oldu — Zelenski

Rusiya Ukraynanın Mariupol şəhərində yerləşən «Azovstal» zavodundan yaralı hərbçiləri və döyüşçüləri təxliyə edib, onlar 82 gün sonra təslim olublar. 

Ukrayna hökuməti xəbəri təsdiqləyib.  Rəsmi açıqlamada deyilir: «Hərbi yolla mühasirəni yarmaq real olmadığı üçün «Azovstal»da qalan Mariupolun müdafiəçiləri (53 yaralı və 211 döyüşçü) sonradan dəyişdirilmək üçün  hələ ki, Rusiya qoşunlarının nəzarətində olan əraziyə təxliyə ediliblər»  Ukrayna prezidenti Volodimir Zelenski də məsələylə bağlı açıqlama verib:


«Müdafiəmizin 82-ci günü başa çatmaq üzrədir. Çətin gün. Amma bu gün bütün digərləri kimi ölkəmizi, xalqımızı qorumaq məqsədi daşıyır.

Mariupoldakı vəziyyətə gəlincə: Ukrayna hərbçilərinin — Ukrayna Silahlı Qüvvələrinin, kəşfiyyatın, eləcə də danışıqlar qrupunun, Beynəlxalq Qızıl Xaç Komitəsinin və BMT-nin hərəkətləri sayəsində ümid edirik ki, biz buna nail olacağıq. Bizim oğlanların həyatını xilas edin. Mən vurğulamaq istəyirəm ki, Ukraynaya canlı olaraq ukraynalı qəhrəmanlar lazımdır. Bu, bizim prinsipimizdir. Düşünürəm ki, hər bir adekvat insan bu sözləri başa düşəcək”, — prezident bildirib.


Zelenski Ukrayna hərbçilərinin geri qaytarılması istiqamətində işlərin davam etdiyini vurğulayıb.


«Bu işə incəlik və vaxt lazımdır”, — deyə dövlət başçısı əlavə edib.


Rusiya KİV-ləri mayın 16-da bildiriblər ki, ruslar «Azovstal”ın ukraynalı müdafiəçiləri ilə Novoazovsk (DXR ərazisi) istiqamətində yaralı əsgərlər üçün dəhliz açmaq barədə razılığa gəliblər.

Bu xəbəri paylaşın: